Çin iflic edir: "Mersedes" zavodlarını bağlayır
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mersedes-Benz” şirkətinin rəhbərliyi Almaniyadakı müəssisələrinə edilən bütün yeni investisiyaları dondurmağı və bəzi zavodların bağlanması ehtimalını araşdırır.
Axar.az xarici mətbuata istinadla xəbər verir ki, bu addım Almaniyada avtomobil istehsalındakı yüksək xərcləri azaltmaq istəyi ilə izah olunur.
Şirkət rəhbərliyinin açıqlamasına görə, həmkarlar ittifaqları ilə əmək haqqı xərclərinin azaldılması istiqamətində razılıq əldə etmək mümkün olmayıb. Daha əvvəl işçilər danışıqlarda irəliləyiş əldə olunmayacağı təqdirdə konsernin Almaniyadakı iki zavodu bağlaya biləcəyi barədə xəbərdar edilmişdilər.
İnvestisiyaların dondurulması qərarı alman avtomobil sənayesinin "ən ciddi böhranı" fonunda qəbul edilib. Daha əvvəl “Volksvagen” də genişmiqyaslı struktur dəyişiklikləri elan etmişdi ki, bu da Almaniyada dörd zavodun bağlanmasına və minlərlə iş yerinin ixtisarına səbəb ola bilər.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, Çin istehsalçılarının güclənən rəqabəti və artan istehsal xərcləri fonunda 2030-cu ilə qədər Almaniyanın avtomobil sənayesi azı 200 min iş yerini itirə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 15 Noyabr 2026 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















