Bu ərazidə kanallara su verilməsi dayandırılır
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağında yaranmış qəza vəziyyətinin aradan qaldırılması üçün təmir işlərinə başlanılması nəzərdə tutulur.
Axar.az-ın Report-a istinadən məlumatına görə, təmir tədbirləri ilə əlaqədar cari ilin dekabrın 1-dən İmişli rayonu ərazisində fəaliyyət göstərən suvarma kanallarının əksəriyyətinə suyun verilməsi müvəqqəti dayandırılacaq.
İşlərin təxminən iki ay ərzində tamamlanacağı gözlənilir.
Qeyd edək ki, 1958-ci ildən fəaliyyət göstərən Bəhrəmtəpə hidroqovşağı Mil-Muğan düzünün suvarma infrastrukturunun əsas hissələrindən biridir. Araz çayı üzərində yerləşən qurğu İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad və digər rayonların kənd təsərrüfatı sahələrinin su ilə təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
Saniyədə 2 700 kubmetr suötürmə gücünə malik hidroqovşaq yüz minlərlə hektar əkin sahəsinin suvarılmasını təmin edir.
Baxış sayı:125
Bu xəbər 15 Noyabr 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















