Icma.az
close
up
RU
12 dev adam tarixi qələbə ilə finala yüksəldi!

12 dev adam tarixi qələbə ilə finala yüksəldi!

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Latviyanın paytaxtı Riqada basketbol üzrə Avropa Çempionatında finalçılar bəlli oldu.

"Football-plus.az" xəbər verir ki, yarımfinalda Almaniya Finlandiyanı 98:86 məğlub edərək favorit statusunu asanlıqla doğrultdu.
Digər yarımfinalda isə əzəli və prinsipial rəqiblər - Türkiyə ilə Yunanıstan üz-üzə gəldi. Bu turniri inanılmaz keçirən qardaş ölkənin komandası güclü rəqibinə heç bir şans vermədi. Yunanıstanın bir dəfə də olsun hesabda önə keçə bilmədiyi bu qarşılaşmada Türkiyə rəqibini 94:68 hesabı ilə darmadağın etdi!
Yunanların lideri və superulduzu Yannis Antetonunmpoya göz açmağa imkan verməyən, üstəlik 8 3 saylıq atışdan 6-nı dəqiq ataraq 28 xal toplayan Ərcan Osmani bəlkə də karyerasının ən yaxşı performansını ortaya qoydu. Bu turnirdə hər oyuna orta hesabla 29 xal toplayan Yannis bu matçda yalnız 12 xal toplaya bildi!
Yunanların digər lideri Kostas Slukas isə yalnız 15 xal topladı. Türkiyənin heyətində Ərcan Osmanidan başqa Alpərən Şengün 15 xal, 12 ribaund ilə dabl-dabl etdisə, kapitan Cedi Osman da 17 xal toplayaraq qələbədə mühüm rol oynadı. Türkiyə Yunanıstana qarşı 16-cı rəsmi oyunda cəmi 4-cü qələbəsini qazandı. AÇ çərçivəsində bu rəqibə qarşı keçirdiyi son 5 oyunun hamısında məğlub olan ''12 dev adam'' yunanları bu turnirdə sonuncu dəfə 50 il öncə - 1975-də məğlub etmişdi. 26 xallıq fərq Yunanıstanın AÇ-də son 32 ildəki ən ağır məğlubiyyətidi.
Bu komanda bundan daha böyük fərqlə (59:99) sonuncu dəfə AÇ-1993-də Xorvatiyaya məğlub olmuşdu.
Beləliklə, Türkiyə tarixində 2-ci dəfə basketbol üzrə AÇ-nin finalına yüksəldi. İlk belə hal AÇ-2001-də yaşanmışdı. Həmin vaxt qardaş ölkə finalda Yuqoslaviyaya uduzmuşdu. Bundan başqa Türkiyə DÇ-2010-da da finalda oynayaraq ABŞ-a yenilmişdi. Amma bu nəhəng turnirlərin hər ikisi İstanbulda keçirilmişdi. Yəni Türkiyə tarixində ilk dəfə vətənindən kənarda keçirilən nəhəng turnirdə finala yüksəldi.
Sabah bürünc medallar uğrunda oyunda Yunanıstan ilə Finlandiya qarşılaşacaq. Bakı vaxtı ilə saat 22.00-da başlayacaq finalda isə Türkiyə Almaniya ilə qarşılaşacaq.
Maraqlıdı ki, hər iki komanda bu turnirdə finala qədər keçirdiyi 8 oyunun hamısında qələbə qazanıb!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri