Icma.az
close
up
RU
Kəlbəcərin inkişafı təkcə bununla məhdudlaşmır...

Kəlbəcərin inkişafı təkcə bununla məhdudlaşmır...

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ermənistanın hərbi təcavüzü nəticəsində 1993-cü il aprelin 2-də işğal edilmiş Kəlbəcər rayonu uzun illər ərzində ağır dağıntılara və talana məruz qalmışdır.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, işğalçı qüvvələr yaşayış məntəqələrini, sosial infrastrukturu, tarixi-mədəni irs nümunələrini məhv etməklə yanaşı, bölgənin zəngin təbii sərvətlərini də qanunsuz şəkildə mənimsəmişlər:

“Kəlbəcər sakinlərinin doğma torpaqlarından zorla çıxarılması, onların uzun müddət məcburi köçkün həyatı yaşamağa məhkum edilməsi Ermənistanın təcavüzkar siyasətinin ən ağır nəticələrindən biri olmuşdur. Bununla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi Ermənistanın öz işğalçılıq niyyətlərindən əl çəkmədiyini göstərirdi. Azərbaycan isə bütün bu illər ərzində ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqeyini qoruyub saxladı. Nəhayət, 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə torpaqlarımızın işğalına son qoydu. Müharibənin gedişində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi rayonun azad olunması baxımından mühüm hərbi əhəmiyyət daşıyırdı. Dövlət başçısının da vurğuladığı kimi, bu addım Ermənistan silahlı qüvvələrinin həmin istiqamətdə hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdı. Nəticədə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Beləliklə, hərbi qüdrətimizin, siyasi iradəmizin və düşünülmüş diplomatik strategiyamızın vəhdəti sayəsində Kəlbəcər də öz əsl sahibinə qovuşdu. Bu gün 25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd edilməsi həmin tarixi Qələbənin dövlətçilik yaddaşımızdakı əhəmiyyətini ifadə edir”.

Millət vəkili qeyd edib ki, ki, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin iqtisadi imkanlarını və strateji inkişaf hədəflərini nümayiş etdirir:

“Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri xüsusi siyasi və mənəvi məna daşıyır. Dövlət başçısının bu səfərləri, həyata keçirilən layihələrlə yerində tanış olması, yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirakı quruculuq prosesinin dövlət səviyyəsində prioritet istiqamət kimi müəyyənləşdirildiyini təsdiqləyir. Eyni zamanda, bu səfərlər beynəlxalq ictimaiyyətə Azərbaycanın öz suveren ərazilərində bərpa və inkişaf prosesini heç bir kənar müdaxilə olmadan həyata keçirdiyini nümayiş etdirir. Kəlbəcərdə müasir avtomobil yollarının, tunellərin, enerji obyektlərinin və yaşayış məhəllələrinin inşası bölgənin gələcək iqtisadi inkişafı üçün yeni imkanlar yaradır. Xüsusilə rayonun zəngin hidroenergetika potensialının səmərəli istifadəsi istiqamətində görülən işlər diqqətəlayiqdir. Tərtər çayı və onun qolları üzərində yerləşən kiçik su elektrik stansiyalarının yenidən qurulması və yeni enerji obyektlərinin yaradılması Kəlbəcərin ölkəmizin enerji təhlükəsizliyinə töhfəsini artırır. Bununla yanaşı, İstisu mineral sularının istehsalının bərpası, müalicə-istirahət infrastrukturunun yaradılması və turizm imkanlarının genişləndirilməsi rayonun iqtisadi potensialının şaxələndirilməsinə xidmət edir. Bütün bu layihələr bir daha göstərir ki, Kəlbəcərin inkişafı yalnız dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır. Burada müasir şəhərsalma prinsiplərinə əsaslanan, ekoloji tarazlığı qoruyan və əhalinin rahat yaşayışını təmin edən yeni inkişaf modeli formalaşdırılır. Ən mühüm məqam isə doğma yurdlarından illər əvvəl didərgin düşmüş sakinlərin mərhələli şəkildə öz torpaqlarına qayıtmasıdır. Bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyasının real nəticələrini əks etdirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Noyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri