12 hərbçini qətlə yetirən psixiatrın edamında şok qərar Tramp açıqladı
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp hərbçiləri kütləvi şəkildə qətlə yetirən psixiatr Nidal Hasanın güllələnmə cəzasının canlı efirdə yayımlanmayacağını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
“O (Hasan — red.), planlaşdırıldığı kimi güllələnmə yolu ilə edam ediləcək, lakin bu hadisənin canlı yayımı olmayacaq”, – deyə Tramp qeyd edib.
Ölkə rəhbəri əlavə edib ki, bir çox “yaxşı insan” edamın efirdə göstərilməsinin əleyhinə çıxış edib. Bir gün əvvəl CNN telekanalı mənbələrə istinadən Trampın və onun müşavirlərinin canlı yayımdan imtina etmək imkanını müzakirə etdiklərini bildirmişdi.
Xatırladaq ki, Nidal Hasan 2009-cu ilin noyabrında “Fort-Hood” hərbi bazasında İraq və Əfqanıstandakı hərbi əməliyyatlara “qisas” adı altında 12 hərbçini öldürmüş, 32 nəfəri isə yaralamışdı. 2013-cü ildə ölüm cəzasına məhkum edilən Hasan hazırda Kanzas ştatının Levenuort həbsxanasında hökmün icrasını gözləyir.
Dekabrın 3-də “Fort-Hood” bazasında keçirilməsi nəzərdə tutulan edam ABŞ ordusunda İkinci Dünya müharibəsindən bəri ilk, həmçinin 65 yaşdan yuxarı hərbçiyə tətbiq olunan ilk ölüm hökmü kimi tarixə düşəcək.
Fotoda: Nidal Hasan

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 15 Oktyabr 2026 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















