İki maşında 5 cəsəd tapıldı Türkiyədə dəhşətli cinayət
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda iki ayrı avtomobildə 5 nəfərin meyiti aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Ayazini və Kıyır kəndlərində baş verib.
İlkin məlumata görə, ölən şəxslər pompalı tüfənglə güllələniblər. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin hadisə yerindən qırmızı rəngli avtomobil ilə qaçdığı müəyyən edilib. Şübhəlinin başqa şəhərdən gəldiyi və cinayətdən sonra Kütahya istiqamətində hərəkət etdiyi ehtimal olunur.
Hadisənin baş verdiyi kəndlərə aparan yollar jandarma əməkdaşları tərəfindən bağlanıb. Polis və jandarma qüvvələri şübhəlinin saxlanılması üçün genişmiqyaslı əməliyyata başlayıb.
Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 05 Noyabr 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















