Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Yalnız üç komanda məğlubiyyət üzü görməyib

Yalnız üç komanda məğlubiyyət üzü görməyib

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

La Liqada indi yalnız üç komanda uduzmayıb. Bunlar “Real”, “Barselona” və “Elçe”di.

Nəhənglər hesabat turunu da qələbə ilə başa vurdu. “Atletiko” heç-heçə etdi, “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Atletik” isə ardıcıl ikinci oyunda uduzdu.
“Espanyol” mövsümdə ilk məğlubiyyətini “Santyaqo Bernabeu”da “Real”dan aldı. Kataloniyalılar ilk yarıda “dişini göstərsə” də, Militao hesabı açmaqla onları sakitləşdirdi. Mbappe 47-ci dəqiqədə ikinci qolu vurandan sonra qonaqların məğlubiyyətdən qurtulmaqla bağlı ümidləri puç oldu. Kilian hətta dubl da edə bilərdi. Xabi Alonsonun komandası hələ ki itkisiz irəliləyir. Amma biz ispaniyalı mütəxəssisin bacarığına ÇL-də bir neçə oyun keçirəndən sonra qiymət verə biləcəyik. Ya bəlkə də 7-ci turun “Atletiko” ilə oyununda sonra. Hələlik isə reallıq məhz “Real”ın La Liqanın zirvəsində olduğunu göstərir.
“Xetafe” çempiona müqavimət göstərə bilmədi. Meydana yaxşı əhval-ruhiyyə və güclü heyət ilə çıxan “Barselona” 15-ci dəqiqədə hesabı açdı. Rafinya ilə Olmonun qurduğuu hücumu Torres bitirdi. Qoldan sonra tempi bir qədər aşağı salan meydan sahibləri bir də 20 dəqiqədən sonra fərqləndi. Bu dəfə də Torres rəqib qapısına yol tapdı. Hissənin sonunda kataloniyalılar 3-cü qolu da vurmağa, intriqanı tam öldürməyə çalışdı. Ancaq Levandovski ilə Torres əla imkanı boşa verdi, özü də Ferranın zərbəsi zamanı qonaqları tir xilas etdi.
“Xetafe”nin baş məşqçisi Xose Bordalas 2-ci hissəyə üç əvəzetmə ilə başladı. Ancaq bu dəfə də komandası cəmi 17 dəqiqə davam gətirdi. Flikin oyunöncəsi səhər iclasına gecikdiyinə görə start heyətindən çıxardığı Reşford Olmonu zərbə mövqeyinə çıxardı və fərq darmadağın həddinə çatdı. Sıx qrafiki nəzərə alan “Barsa” qalan dəqiqələri, sadəcə, yola verdi.
“Atletiko” hələ ki qeyri-sabit nəticə göstərir və “Real”la derbi ərəfəsində belə durum narahatlıq doğurmaya bilməz. “Hindular” “Malyorka” ilə səfər oyunundan 1 xalla qayıtdı. Alvaresə birdəfəlik penalti vurmağı qadağan etmək lazımdı. “Atletiko” ötən mövsüm məhz onun üzündən ÇL-dən çəkildi, bu dəfə isə argentinalı 14-cü dəqiqədə qapıçı ilə dueldə uduzdu.
İlk yarıda başqa qol vəziyyəti olmadı, ümumiyyətlə, bütün maraqlı hadisələr 2-ci hissədə baş verdi. 72-ci dəqiqədə Sörlot meydandan qovuldu, halbuki cəmi 10 dəqiqə əvvəl oyuna qoşulmuşdu. Madridlilər 7 dəqiqə sonra Qallaherin sayəsində hesabı açsalar da, sonda Muriqi tablodakı rəqəmləri eyniləşdirdi.
“Atletik” “Jirona”nın taleyini təkrarlaya bilər.
“Qarabağ”ın 3-cü turdakı rəqibi “Arsenal”la oyunda can qoydu və uduzdu. Basklar çempionatda da eyni taleni yaşadı. “Valensiya” ilə səfər oyununun həlledici anı Vivianın 61-ci dəqiqədə “son ümid folu”na görə meydandan qovulması oldu. Bundan sonra təzyiqi artıran “yarasalar” baskların qapısına iki dəfə yol tapdı.
Turun qalan oyunlarına gəlincə, “Ovyedo”ya qalib gələn “Elçe” məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırdı. “Atletik”lə yanaşı, baskların daha iki klubu uduzdu – “Real Sosyedad” səfərdə “Betis”ə, “Alaves” evdə “Sevilya”ya. “Vilyarreal” evdə “Osasuna”ya qalib gəldi. “Rayo Valyekano” – “Selta” oyununda komandalar hərəyə 1 qol vurdu. Turun ən böyük darmadağını Kataloniyada qeydə alındı: “Levante” səfərdə “Jirona”nın qapısından 4 cavabsız qol keçirdi.
5-ci tur
Real – Espanyol 2:0

Militao, 22. Mbappe, 47. (73466)
Real: Kurtua, Karvaxal, Asensio, Militao, Karreras, Valverde, Çuameni (Kamavinqa, 90), Mastantuono (Dias, 77), Vinisius (Rodriqo, 77), Mbappe (Bellingem, 89), Q.Qarsiya (Gülər, 60).
Barselona – Xetafe 3:0
Torres, 15; 34. Olmo, 62. (5711)
Barselona: X.Qarsiya, Kunde, E.Qarsiya, Kristensen, Martin (Arauxo, 84), Pedri (Bardaqji, 76), Olmo, De Yonq (Kasado, 60), Rafinya (Reşford, 46), Torres (Lopes, 60), Levandovski.
Malyorka – Atletiko 1:1
Muriqi, 85 – Qallaher, 79. (21027)
Atletiko: Oblak, Hantsko, Lanqle, Le Norman, Lyorente, Barrios (Qallaher, 68), Koke, Simeone (Qrizmann, 62), Qonsales (Ruceri, 77), Alvares (Sörlot, 62), Raspadori (Molina, 62).
Valensiya – Atletik 2:0
Santamariya, 73. Duro, 90+3. (46004)
Atletik: Simon, Berçiçe, Paredes, Vivian, Areso, Xauregisar (Reqo, 81), De Qalarreta (Vesqa, 68), Berenger (Lyaport, 64), Sanset (Sannadi, 68), Navarro (U.Qomes, 68), İ.Uilyams.
Betis – Real Sosyedad 3:1
K.Ernandes, 7. Remiro, 49-öz qapısına. Fornals, 69 – Mendes, 13. (59773)
Jirona – Levante 0:4
Eyonq, 43. Alvares, 49. Romero, 70. Koyyalipu, 90+2. (11048)
Alaves – Sevilya 1:2
Visente, 17-p. – Varqas, 10. Sançes, 67. (17525)
Vilyarreal – Osasuna 2:1
Mikautadze, 69. Geye, 86 – Budimir, 45+6-p. (17542)
Rayo Valyekano – Selta 1:1
De Frutos, 65 – İqlesias, 49. (13028)
Elçe – Ovyedo 1:0
A.Silva, 9. (27235)
1. Real 5 5 0 0 10-2 15
2. Barselona 5 4 1 0 16-3 13
3. Vilyarreal 5 3 1 1 10-4 10
4. Espanyol 5 3 1 1 8-7 10
5. Elçe 5 2 3 0 7-4 9
6. Betis 6 2 3 1 9-7 9
7. Atletik 5 3 0 2 6-6 9
8. Xetafe 5 3 0 2 6-7 9
9. Sevilya 5 2 1 2 9-8 7
10. Alaves 5 2 1 2 5-5 7
11. Valensiya 5 2 1 2 6-8 7
12. Atletiko 5 1 3 1 6-5 6
13. Osasuna 5 2 0 3 4-4 6
14. Rayo Valyekano 5 1 2 2 5-6 5
15. Selta 6 0 5 1 5-7 5
16. Levante 5 1 1 3 9-9 4
17. Ovyedo 5 1 0 4 1-8 3
18. Real Sosyedad 5 0 2 3 5-9 2
19. Malyorka 5 0 2 3 5-10 2
20. Jirona 5 0 1 4 2-15 1
Bombardirlər: Mbappe (Real) - 5, Muriqi (Malyorka), Torres (Barselona) – 4.
Növbəti turun oyunları sentyabrın 23-25-i aralığında keçiriləcək: Atletik – Jirona, Espanyol – Valensiya, Levante – Real, Sevilya – Vilyarreal, Xetafe – Alaves, Atletiko – Rayo Valyekano, Real Sosyedad – Malyorka, Osasuna – Elçe, Ovyedo – Barselona. Bu turun “Selta” – “Betis” oyunu (1:1) avqustun 27-də keçirilib.
Turun rəqəmi
25 – “Barselona” Flik “sükan arxasına” keçəndən bəri bu qədər böyükhesablı qələbə qazanıb. Almaniyalı mütəxəssisin ötən yaydan bəri kataloniyalıları çalışdırdığını və artıq bir dəfə çempion etdiyini də xatırladaq.
Turun ulduzu
Leo Roman (Malyorka) – düzdü, bu dəfə də “Barselona”nın oyunçusu dubl edib. Ancaq kataloniyalılar Torressiz də “Xetafe”nin öhdəsindən gələrdi. Balearlıların qapıçısı isə “Atletiko” ilə oyunda penaltini dəf etməklə yanaşı, daha 5 önəmli seyvlə yadda qaldı.
Turun sitatı
Xabi Alonso, “Real”ın baş məşqçisi:

“Bəlkə də meydanın rəqibə aid hissəsində parlaq hərəkətlərimiz az idi, ancaq komanda bu oyuna ciddi köklənmişdi. Dərin müdafiə ilə üzləşirsənsə, uzaq məsafədən zərbə vurmaq lazımdı. Militao çox yaxşı qol vurdu, Mbappe əks-hücumda fərqləndi. İrəliyə doğru addımlar atırıq, böyüyürük. Bellingemlə Kamavinqanın dönüşü hamı üçün yaxşı xəbərdi: komanda üçün də, futbolçuların özü üçün də. Onlara ehtiyacımız var, top səviyyəli futbolçulardı, qrafikimizi nəzərə alsaq, hər kəs bizə lazımdı”.


Faktlar
* Xabi Alonso Xose Kirante ilə Vanderley Luşemburqunun uğurunu təkrarladı. O, “Real”ın çempionatda ilk 5 oyunda qalib gələn 3-cü çalışdırıcısı oldu. Kirante bunu 1929-cu, Luşemburqu isə 2005-ci ildə bacarmışdı. Ümumiyyətlə, La Liqanın tarixində 11 belə məşqçi olub.
* Mbappe 2025-ci ildə bütün turnirlər çərçivəsində 37 qol vurub. “Böyük beşlik” ölkələrində çıxış edən heç bir futbolçu ondan çox fərqlənməyib. Mbappe həmçinin cərimə meydançası xaricindən vurulan qol sayında (6) “böyük beşlik”də liderdi.
* “Atletiko”nun Simeone dönəmində La Liqanın liderindən geriliyi antirekord həddinə çatıb. “Hindular” indi “Real”dan 9 xal geri qalır. Bu, Simeone dönəmində ilk 5 turdan sonra zirvədə qərarlaşan komandalardan ən böyük gerilikdi. 2023/24 mövsümündə “Atletiko” liderdən 8 xal geridə olsa da, ehtiyatda bir oyunu var idi. Qalan mövsümlərdən isə fərq 5 xaldan artıq olmayıb.
* Rafinya 2025-ci ildə məhsuldar ötürmələrin sayına görə rekorda yaxınlşadı. O, “Barsa”nın heyətində bütün turnirlərdə keçirdiyi 38 oyunda 16 belə ötürmə verib. Bu, “böyük beşlik” ölkələrinin liqalarında ən yaxşı 2-ci nəticədi. PSJ-dən Barkolyanın il ərzində 19 məhsuldar ötürməsi var.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Üç xal, 3:0. Hər şey superdi. Üç qol vurmuşuq, belə möhkəm rəqiblə oyunda bu asan iş deyil. Rəqib haqda yox, öz komandam haqda danışmaq istəyirəm. Öz oyunumuza, oyunla bağlı plana köklənmək lazımdı. 27 futbolçumuzun hər birinin yaxşı formada olması vacibdi. Olmo əla oyun keçirdi. Reşfordun ilk dəqiqələrdən oynamaması normal haldı, hər 3-4 gündən bir meydana çıxırıq. Markus çox oynayıb, bunu nəzərə almaq lazımdı”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:385
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Sentyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri