İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? AMEA detalları açıqladı
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, bu, Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, AMEA Rəyasət Heyətinin Ramiz Mehdiyev tərəfindən imzalanmış 8 yanvar 2021-ci il tarixli 1/15 saylı qərarı ilə İsa Həbibbəyli AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilərək vitse-prezident vəzifəsinin icraçısı təyin olunub.
"Bundan başqa, Ramiz Mehdiyevin sədrlik etdiyi AMEA Rəyasət Heyətinin 26 yanvar 2022-ci il tarixli iclasının qərarı ilə İsa Həbibbəylinin 2013-cü ildən rəhbərlik etdiyi Humanitar və İctimai Elmlər Bölməsi iki yerə bölünüb, İctimai Elmlər Bölməsi alınaraq onun vəzifə səlahiyyətləri azaldılıb.
Bir neçə gündən sonra - 7 fevral 2022-ci il tarixdə İsa Həbibbəyli Humanitar Elmlər Bölməsi üzrə vitse-prezident vəzifəsindən azad olunması haqqında AMEA rəhbərinə ərizə ilə müraciət edib.
Real vəziyyət və münasibətlər belə olduğu halda Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə verəcəyi barəsindəki informasiya indiki mövcud durumdan istifadə etməklə AMEA rəhbərinə qarşı yeni qarayaxma oyunu düzəltməyə xidmət edir", - deyə açıqlamada vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 07 Noyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















