Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağstafa rayonunun Aşağı Göycəli kəndində bir ailənin üç üzvü zəhərlənib.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, hadisə Mahmudovlar ailəsində baş verib.
Məlumata görə, səhər saatlarında süfrə arxasında yemək yeyəndən bir qədər sonra ata, ana və oğulun vəziyyəti qəfil pisləşib. Zəhərlənən şəxslər 62 yaşlı Mirhəsən Mahmudov, 58 yaşlı həyat yoldaşı Nəsibə Mahmudova və 30 yaşlı oğulları Mirmahir Mahmudovdur. Onlar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Ailənin qohumlarından birinin sözlərinə görə, ilk olaraq ata və ananın səhhətində problem yaranıb. Təxminən bir-iki saat sonra isə oğullarının da vəziyyəti pisləşib.
"Səhər bahalı yağ, fətir, yuxa, şirinçayla səhər yeməyini yeyiblər. Birinci düşündük ki, yəqin hansısa infeksiyadır. Sonradan məlum oldu ki, zəhərləniblər. Hələlik konkret nədən zəhərləndiklərini bilmirik", - deyə qohum diqqətə çatdırıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 07 Noyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















