13 azərbaycanlı mütəxəssis UEFA nın Nyondakı təcrübə mübadiləsi proqramında iştirak edir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycanlı məşqçi və təlimçilərdən ibarət heyət İsveçrənin Nyon şəhərində səfərdədirlər.
Təcrübəli mütəxəssis Arif Əsədovun AZƏRTAC-a verdiyi məlumata görə, sentyabrın 14-dən 16-dək keçiriləcək tədbir UEFA-nın Nyon şəhərindəki qərargahında təşkil olunub.
Səfər çərçivəsində Pro lisenziyasına yiyələnən məşqçilər və təlimçilər UEFA-nın təcrübə mübadiləsi proqramında iştirak edirlər. Tədbirdə Azərbaycanla yanaşı daha 5 ölkənin – Almaniya, İrlandiya, Şimali İrlandiya və Kiprin nümayəndə heyətləri yer alıblar.
Tədbirdə ölkəmizi 13 mütəxəssis - Arif Əsədov, Aslan Kərimov, Osman Rəhimov, Rəşad Abdullayev, Elnur Çodarov, Çudomir Petrov Çokarov, Aleksandr Qross, Zamir Həsənov, Vaqif Cavadov, Rüstəm Məmmədov, Aqil Nəbiyev, Fərid Namazov və Elman Sultanov təmsil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 15 Sentyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















