Milli komandanın məşqçisi Norveçdə təcrübə proqramında iştirak edir
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveçin aparıcı klublarından biri olan “Valerenqa”da bir həftəlik təcrübə proqramında iştirak edir.
İdman.Biz bildirir ki, təcrübə müddətində E.Çodarov “Valerenqa”nın əsas komandasının baş məşqçisi Geir Bakke ilə görüşüb.
Görüş zamanı tərəflər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb, məşq prosesinin təşkili və iş prinsipləri ilə yaxından tanışlıq baş tutub.
Proqram çərçivəsində millimizin məşqçisi komandanın məşqlərini izləyib və iş prosesi ilə yerində tanış olub. Elnur Çodarov “Valerenqa”nın baş məşqçisinə üzərində adı yazılmış Azərbaycan millisinin formasını hədiyyə edib.
Bu mövzuda digər xəbərlər:Norveçdə qalmaqallı məhkəmə
02 Fevral 2026 12:11
Norveçdə arxeoloji sensasiya
20 İyul 2026 09:30
Azərbaycanlı tələbələr Çexiyada təcrübə proqramında iştirak ediblər
15 İyun 2026 21:58
Gənc arxeoloqlar Türkiyədə təcrübə proqramında iştirak ediblər
02 Sentyabr 2026 14:17
Gimnastımızın Norveçdə uğurlu çıxışı
04 Noyabr 2024 18:02
Baxış sayı:181
Bu xəbər 09 Aprel 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















