Icma.az
close
up
RU
137 ölkədən 1023 QHT təmsilçisi Qlobal Cənub QHT Platforması yaradıb

137 ölkədən 1023 QHT təmsilçisi Qlobal Cənub QHT Platforması yaradıb

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


2025-ci il aprelin 15-də 100-ə yaxın ölkədən 500-dən çox QHT-ni birləşdirən COP29 QHT Koalisiyası “Qlobal Cənub QHT Platformasının təsisatlandırılması” mövzusunda hibrid görüş keçirib.
Reyting.az
xəbər verir ki, görüşdə Azərbaycanın COP29-a uğurla sədrliyinin mühüm COP mirası yaratdığı, 2024-cü ilin noyabrında COP29 zamanı “Bakı dönüşü”nün əldə edilməsinin tarixi hadisə olması xüsusi qeyd edilib. O da xatırladılıb ki, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi dövründə də Azərbaycan mühüm qlobal təşəbbüslərə imza atıb, vaksin millətçiliyinə qarşı çıxıb.
COP29 QHT Koalisiyasına üzv QHT-lər 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransının mühüm nəticələri olduğunu qeyd ediblər. Həmin konfransın yekunu olaraq, dünya ölkələrinin 71%-ni əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının - 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəalın birgə bəyanatı ilə Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı elan olunub.
Filippinin “Earthsavers Dreams Ensemble” təşkilatının rəhbəri Sesil Qvidot-Alvares (Cecile Guidote-Alvarez), Nigeriyanın “Afrihealth Optonet Association” (AHOA) təşkilatının rəhbəri Uzodinma Adiredje (Uzodinma Adireje), Pakistanın iqlim fəalları - iqlim səfirləri Adnan Ullah (Adnan Ullah), Kayser Navab (Qaiser Nawab), PACJA – Pan-Afrika İqlim Ədaləti Alyansının İctimai vəkillik və kommunikasiya departamentinin rəhbəri Filipp Kilonzo (Philip Kilonzo) və digər xarici QHT təmsilçiləri COP29 QHT Koalisiyasının ümumi rəyi kimi Azərbaycanın Qlobal Cənub QHT Platformasına evsahibliyi etməsini təklif ediblər, onlar Azərbaycan Milli QHT Forumundan Qlobal Cənub QHT Platformasının təsis konfransı üçün işlərin sürətləndirilməsini xahiş ediblər.
Müzakirələrin yekununda qərara gəlinib ki, COP29 QHT Koalisiyası üzvlərinin 84%-i ən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətini təmsil etdiyindən bu şəbəkə artıq yeni müstəviyə çıxmalıdır. Azərbaycanın qlobal təşəbbüslərinin davam etdirilməsinə böyük ehtiyac olması, həmçinin COP29-a sədrliyinin başa çatmasına az qaldığı nəzərə alınmaqla, COP29 QHT Koalisiyasının Qlobal Cənub QHT Platformasına tranformasiya edilməsi barədə ümumi razılığa gəlinib.
Toplantıda Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumuna Qlobal Cənub QHT Platformasının təsisatlandırılması işində ardıcıl səyləri və prosesdə gərgin fəaliyyəti üçün minnətdarlıq edilib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli məlumat verib ki, COP29 QHT Koalisiyası ötən ilin sonunda Qlobal Cənub QHT Platformasının təsisatlandırılması üçün məsələ qaldırdıqdan sonra prosesə başlanılıb və 2025-ci il aprelin 28-29-da Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransının keçirilməsi üçün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. O, müzakirələrin Bakıda davam etdirilməsini səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, aprelin 28-29-da COP29 dövründə başlanmış prosesin məntiqi nəticəsi olaraq, Qlobal Cənubun aparıcı QHT-ləri Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı üçün Bakıya toplaşacaq. 2 gün davam edəcək mötəbər tədbirdə yeni və ədalətli dünya nizamı üçün Qlobal Cənub QHT-ləri birgə müzakirələr aparacaq, üzləşdikləri çətinlikləri və çağırışları dilə gətirəcək, mühüm mesajlar verəcəklər.
Beləliklə, Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında daha bir vasitəçi, körpü rolunu oynayacaq.
Bu tədbir Azərbaycan vətəndaş cəmiyyətinin həyatında da əlamətdar hadisə olacaq. Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni təmaslar quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Aprel 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri