Banklar “Mançester Siti”nin transferlərindən imtina etməyə başlayıb
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İngiltərənin “Mançester Siti” klubunun maliyyə qaydalarını pozmasına görə üzləşə biləcəyi sanksiyalar artıq transfer bazarında problemlər yaratmağa başlayıb.
İdman.Biz Bloomberg-ə istinadən xəbər verir ki, bir sıra banklar “Mançester Siti”nin iştirak etdiyi transfer sövdələşmələrinin maliyyələşdirilməsindən çəkinirlər.
Söhbət əsasən İngiltərə klubuna futbolçu satan komandalara gələcək transfer ödənişləri müqabilində əvvəlcədən vəsait ayıran maliyyə qurumlarından gedir. Banklar Premyer Liqanın “Mançester Siti”yə tətbiq edəcəyi mümkün cəzaların miqyası müəyyənləşənədək gözləmə mövqeyi tutublar.
Artıq konkret sövdələşmələrdən birində də problem yaranıb. Almaniyanın “Oldenburgische Landesbank” bankı braziliyalı Allan Eliasın “Palmeyras”dan “Mançester Siti”yə transferi ilə bağlı maliyyələşdirmə razılaşmasından geri çəkilib. Təxminən 34 milyon funt sterlinq dəyərində qiymətləndirilən transfer üzrə bu mexanizm Braziliya klubuna ödənişin böyük hissəsini əvvəlcədən almaq imkanı verməli idi.
Bankların ehtiyatlı davranışı “Mançester Siti”nin maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsi ilə əlaqələndirilir. Klub ona qarşı irəli sürülmüş 115 ittihamdan 114-ü üzrə təqsirli hesab edilib və qərardan apellyasiya şikayəti verib.
İngiltərə təmsilçisini böyük məbləğdə cərimə və hətta aşağı liqaya göndərilmə kimi sanksiyalar gözləyə bilər. Apellyasiya prosesinin nəticəsindən asılı olaraq yekun cəza məsələsinə 2027-ci ildə baxılması gözlənilir.
Qeyd edək ki, bankların mövqeyi “Mançester Siti”nin birbaşa transfer həyata keçirməsinə qadağa qoyulması demək deyil. Lakin futbolçularını bu kluba satan komandaların transfer məbləğlərini əvvəlcədən əldə etməsi çətinləşə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 15 Noyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















