Icma.az
close
up
RU
14 Fevralda hədiyyə seçimi necə olmalı? REPORTAJ VİDEO

14 Fevralda hədiyyə seçimi necə olmalı? REPORTAJ VİDEO

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sevgi insana verilmiş ən ali hissdir. Bəzən bu söz bir çox mənalarda istifadə olunur. İnanın özünə, ailəsin, Vətəninə olan sevgisi də bu qəbilədəndir. Lakn 14 fevral “Sevgililər günü” kimi qeyd olunur. Məhz bu gündə iki aşiqin bir-birinə olan sevgisindən söhbət gedir. Bu gündə sevənlər bir-birilərini özəl hiss etdirmək üçün hədiyyələr alırlar. Bizdə SİA olaraq hazırda mağazalarda hədiyəllərin qiymətlərini öyrənmək məqsədi ilə araşdırma apardıq.

Bəylərin eyni zamanda da xanımlarımızın rahatlıqla üz tuta biləcəyi mağazaya yaxınlaşdıq. Mağazada hər cibə uyğun baxım məhsulları tapmaq mümkün idi. Belə ki, bəylər üçün ətirlərin qiyməti 24 manatdan başlayırdı, xanımlar üçün isə qiymətlər daha fərqli idi. Satıcının sözlərinə görə, artıq bayramla əlaqədar olaraq hədiyyə alanların sayı artıb. Həmçinin xanımlar üçün kosmetik vasitələrdən ibarət setlər var idi. Şamlar, bədən üçün qulluq vasitələri, şampunlar və s. Bütün bunlar onu deməyə əsas verir ki, insanın öz sevdiyini xoşbəxt etməsi üçün hər şey əlçatandır. Hətta satış menecerinin sözlərinə görə ötən illərə nisbətən bu il alıcılarda artım müşahidə olunur. Burada hər bir qiymətlə tanış olub keçdik növbəti məkana.

Fikrimcə, gül sevməyən qadın yoxdur bunun üçündə bəylərimizin bütün bayramlarda üz tutduğu məkan gül salonlarıdır. Bizdə bu məqsədlə paytaxda yerləşən gül salonlarından birinə yaxınlaşdıq. Demək olar ki, güllərin qiyməti olduqca münasib idi. Belə ki, qızıl gülün qiyməti 3 manatdan başlayırdı. Tülpanlar 2 manat, qırmızı ekvatorların 1 ədədi isə 6 manat idi. Satıcı bildirib ki. bayrama özəl olaraq əsasən bəylər daha çox qızıl gül buketlərinə önəm verirlər: "Bir buketi minimum 20 manata başa gəlir. Mağaza ən bahalı gül buketinin qiyməti 300-700 manat olub. Hazırda 14 fevrala özəl olaraq sifariş götürməmişik. Amma ümid edirəm ki, alıcılar çox olacaq. Bütün bunlarla yanaşı yumuşaq oyuncaqlara üstünlük verənlərdə var. Hansı ki, bunların qiymətidə oyuncağın böyüklüyünə görə dəyişir.

Daha sonra kiçik amma mənası böyük və dəyərli olan suvenir mağazasına daxil olduq. Burada 8 manatdan başlayan bir-birindən maraqlı, rəngarəng və göz oxşayan suvenirlər var idi. Hansı ki, şəkil qoymaq üçün qablar, fiqurlar və s. mövcud idi. Mağaza müdirinin sözlərinə görə son illərdə bu cür hədiyyələrə olan maraq azdır.

Son olaraq üz tutduğumuz məkan saat mağazası idi. Satıcının sözlərinə görə, mağazada olan saatların qiyməti 49 manatdan başlayır: “Ən bahalı saatları əsasən xanımlar alırlar. “Sevgililər günü”nə özəl olaraq saat alanlarda az deyil. Bəy müştərilərimizdə var ki, bahalı saatlara üstünlük verirlər”.

Daha sonra məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrəndik.

Şəhər sakini Samirə Vəliyeva: “Düzgün sevmək lazımdır. Bütün gənclərimizə sevib, sevilməyi arzu edirəm. Bir-birilərinin qədrini bilməlidirlər. Çox istərdim ki, daim ləyaqətli bir şəkildə sevsinlər”.

Şəhər sakini Zaur Əliyev: “Mənim sevgilim təəssüf ki, yoxdur. Amma sevmək gözəl şeydir. 14 fevralda hər kəs öz sevdiyinə hədiyyə alır. Məncə gözəl duyğulardır”.

Şəhər sakini İsgəndər Hüseynov: “Segi gözəlduyğudur. Nə xoş sevməyi bilən insanlara. Məncə, bunun tərifi belə yoxdur. Hər kəsi bu gün münasibəti ilə təbrik edirəm”.

Şəhər sakini Aydan Sadıqova: “Mən heç vatx kiməsə bu gündə hədiyyə almamışam. Daim özümə hədiyyələrim olub. Düşünürəm ki, ən gözəlidə budur”.

Şəhər sakini Qurban Hətəmov: “Mənim həyatımda heç kim yoxdur. Tək yaşayıram. Ona görə də bu günü tək keçirməli olacam”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Fevral 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri