Icma.az
close
up
RU
14 fevralda gülün qiymətini qaldıranlar cərimələnəcək

14 fevralda gülün qiymətini qaldıranlar cərimələnəcək

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər il olduğu kimi, 14 Fevral - Sevgililər Günü ərəfəsində paytaxt və bölgələrdə fəaliyyət göstərən gül və hədiyyə dükanlarında canlanma müşahidə olunur. Lakin alıcıların sözlərinə görə, bayram yaxınlaşdıqca bəzi satış məntəqələrində qiymətlərdə süni artım halları da qeydə alınır. Xüsusilə qızılgül, buketlər və romantik hədiyyələr əvvəlki günlərlə müqayisədə daha baha təklif olunur.
Bu barədə hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlama verib. O deyib ki, 14 Fevral ərəfəsində gül və hədiyyə dükanlarında müşahidə olunan süni qiymət artımları qanun pozuntusudur:
“Azərbaycan qanunvericiliyinə görə sahibkar qiyməti sərbəst müəyyən etsə də, bu  bazarda qıtlıq yaradaraq və ya istehlakçını aldatmaq yolu ilə sui-istifadə predmetinə çevrilə bilməz. Süni qiymət artımı halları “Rəqabət Məcəlləsi” və antiinhisar qanunvericiliyi ilə qadağan olunur. Bu cür hallar aşkar edildikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırma aparılır. Araşdırma zamanı qiymətlərin əvvəlki dövrlə müqayisəsi, alış sənədləri və maya dəyəri yoxlanılır. Əsassız qiymət artımı təsdiqlənərsə, sahibkara inzibati cərimə tətbiq oluna bilər. Cərimələr hüquqi şəxslər üçün daha yüksək məbləğdə müəyyən edilir. Bundan əlavə, qanun pozuntusunun təkrarlanması fəaliyyətin müvəqqəti dayandırılmasına da səbəb ola bilər. İstehlakçıların aldadılması faktı sübuta yetirilərsə, ödənilmiş vəsaitin geri qaytarılması tələb oluna bilər. İstehlakçılar qiymət artımı ilə bağlı rəsmi qurumlara şikayət etmək hüququ var”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Fevral 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri