Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

14 İyul xalqın özünə qayıdış tarixidir ŞƏRH

14 İyul xalqın özünə qayıdış tarixidir ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 iyul, AZƏRTAC

1969-cu il iyulun 14-ü Azərbaycanın xilasının birinci mərhələsinin, xalqın özünə qayıdış tarixinin başlanğıcıdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi bu tarixin ölkəmizin, xalqımızın taleyində əhəmiyyətli rolu bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Ümummilli Lider 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz SSRİ-də bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan 1982-ci ildə artıq qabaqcıl yerlərdə oldu. Əgər iki respublika donor idisə, onlardan biri Azərbaycan idi. O vaxt dahi şəxsiyyətin gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Ümummilli Lider hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla yerinə yetirərək müstəqilliyimizi daimi, sarsılmaz etdi, dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, kadr hazırlığı, gənclərin son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər mühüm addımlar Ümummilli Lider Heydər Əliyevin gələcəyə hesablanmış fəaliyyətinin əsas tərkib hissələri olub. Prezident İlham Əliyev Azərbaycanın o illərdə keçdiyi inkişaf yolunu təhlil edərkən bildirir ki, 1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-1980-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü oldu. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə ölkəmiz yenə tənəzzülə uğradı və bu, əslində yenicə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik.

“Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən başlamışdır”, - söyləyən deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası ölçüyəgəlməzdir: “Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasının, ölkənin düşdüyü bəlalardan xilasının yeganə yolunun Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından ibarət olduğunu dərk edən xalqımız 1993-cü ildə Ümummilli Lideri təkidli tələblə respublika rəhbərliyinə dəvət etdi. Əgər xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, daim tərəqqi edən Azərbaycan dövlətindən danışa bilməzdik. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyuldu, Azərbaycan 1969-cu ildən başlanan quruculuq dövrünə qayıtdı. Bir sözlə, 1969-cu ildən başlanan quruculuğun 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müasir müstəqil Azərbaycan dövlətinin daha da güclənməsini, qüdrətlənməsini şərtləndirdi”.

Malik Həsənov diqqətə çatdırıb ki, möhkəm təməl Azərbaycanın davamlı uğurlarında stimulverici amildir: “2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin islahatları nəticəsində Azərbaycan bir-birindən əhəmiyyətli, möhtəşəm uğurlara imza atır. Artıq beş ildir ki, tarixi Zəfərimizin sevincini yaşayırıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmizdən üç il sonra, 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Qalib, bütövləşən Azərbaycan işğaldan azad edilmiş bütün torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirir. Soydaşlarımız mərhələ-mərhələ Böyük Qayıdışın sevincini yaşayırlar. Artıq 16 şəhər və kənd sakinlərinə qovuşub. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu gerçəkləşdirdi. Heydər Əliyev yolu ölkəmizə, xalqımıza daim uğurlar qazandırır. Bu gün qürur hissi ilə qeyd edirik ki, Heydər Əliyev kimi Ümummilli Lideri, İlham Əliyev kimi qalib Sərkərdəsi olan xalq xoşbəxtdir, yenilməzdir, məğrurdur”.

Milli Məclisin deputatı vurğulayıb ki, əsası 1969-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş milli inkişaf konsepsiyası bu gün uğurla davam etdirilir. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri