Icma.az
close
up
RU
14 iyuldan başlanan yol...

14 iyuldan başlanan yol...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsinin 57-ci ili tamam olur

1969-cu il iyulun 14-ü Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Həmin gün Heydər Əliyevin Azərbaycan SSR-in rəhbərliyinə gəlişi dövlət idarəçiliyində və ümumən dövlətin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu tarix sonrakı illərdə ölkənin sosial-iqtisadi inkişafı, milli kadr potensialının formalaşdırılması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi ilə əlaqələndirilən siyasi kursun əsasını qoyan bir hadisəyə çevrildi. Qeyd edək ki, hələ Sovet dövründə keçmiş ittifaqda yalnız aqrar respublika kimi xarakterizə olunan Azərbaycanın sənayeləşdirilməsi və müasir dövlətlətçilik ənənəsinin oturuşdurulması Ulu Öndərimizin adı ilə bağlıdır. Bu proses həm də ölkədə milli kadrların yetişdirilməsi, ana dilimizə olan münasibətin dəyişməsi, milli mədəniyyətimizin inkişafı, Azərbaycanın dünya miqyasında tanınması istiqamətində aparılan bütün fəaliyətinin təməlinə çevrildi. Bu gün birmənalı şəkildə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev öz genişspektrli fəaliyyətini xalqına və dövlətinə həsr edib.

Milli kadr seçimi, Ana dili təəssübkeşliyi...

Bəli, 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü seçilməsi ölkənin iqtisadi, mədəni yüksəlişində, xalqımızın rifahının yaxşılaşmasında, eləcə də, müstəqil dövlətimizin təməlinin qoyulmasında həlledici oldu. Azərbaycan rəhbərliyinə gəlişindən dərhal sonra Onun rəhbərliyi ilə, birbaşa nəzarəti və göstərişləri əsasında, həm respublika, həm də şəhər və rayonlar səviyyəsində dövlət idarəçiliyində yeni nəfəs, yeni ruh hiss olunmağa başladı. Ölkə əhalisi Ulu Öndərə rəğbət bəsləyir, Onun gördüyü işləri dəstəkləyirdi. Onun ən çox diqqət yetirdiyi məsələlərdən biri işgüzar, xalqa sadiq, mənəvi cəhətdən saf olan kadrların seçilərək respublikada, şəhər və rayonlarda rəhbər vəzifələrə təyin edilməsi idi. Düzgün kadr siyasətinə xüsusi diqqət ayıran Ulu Öndər xüsusi olaraq rəhbər vəzifələrə azərbaycanlıları cəlb edirdi.  Sovet dövrünün ideoloji təbliğatına baxmayaraq, Azərbaycançılıq hisslərinə sadiqliyini qoruyub saxlayan Ulu Öndər ölkədə Ana dilindən istifadəni təşviq etdi. Məhz Ulu Öndər tərəfindən doğma dilə verilən önəmin nəticəsi idi ki, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili ilk dəfə olaraq rus dili ilə yanaşı, rəsmi dövlət dili kimi öz əksini tapdı.

Müasir bünövrə...

Xalqın milli şüurunun formalaşdırılması ilə yanaşı, Ulu Öndər ölkənin sosial-iqtisadi inkişafına da böyük diqqət ayırdı. Onun siyasi iradəsi və şəxsi nüfuzu sayəsində Bakıda həmin dövr üçün çox böyük əhəmiyyətə malik olan kondisioner zavodu inşa olundu. 1970-ci illərdə respublikada yüzlərlə yeni ictimai obyektlər, məktəb və xəstəxanalar, zavod və fabriklər tikilərək istifadəyə verildi. Bu dövrdə yaşayış binalarının sayında sürətli artım qeydə alındı, minlərlə ailəyə yeni mənzil verildi. Ümummilli Lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkədə elmin inkişafına da böyük diqqət yetirdi. Ulu Öndər 1970-ci illərdə minlərlə azərbaycanlı gəncin Sovetlər Birliyinin ən qabaqcıl ali təhsil ocaqlarında biliyə yiyələnməsinə nail oldu. Məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə SSRİ-nin müxtəlif respublikalarında oxumağa göndərilən gənclərin sayı dəfələrlə artdı. Təhsilini bitirdikdən sonra ölkəyə qayıdan həmin gənclərin böyük hissəsi müstəqil Azərbaycan Respublikasında elmin inkişafında mühüm rol oynadı.

14 iyulun əhəmiyyəti....

Ulu öndərin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişinin Azərbaycanın taleyində nə qədər böyük hadisə olduğunu zaman göstərdi. Belə ki, məlum olduğu kimi, Heydər Əliyevin Azərbaycanın bütün regionlarında, eləcə də, ermənilərin vaxtilə göz dikdiyi torpaqlarımızda həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, Azərbaycan torpaqlarının hissə-hissə Ermənistana birləşdirilməsi ənənəsi qarşısına sədd çəkməsi ermənilərin və imperiya rəhbərlərinin mənfur planlarına əngəl törədirdi. Bu səbəbdən də, Ulu öndər 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Təsadüfi deyil ki, bundan sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirmək uğrunda fəaliyyəti genişləndi, 1980-ci illərin sonlarından başlayaraq Ermənistandakı azərbaycanlılar etnik təmizlənməyə məruz qaldı. 1990-cı illərin əvvəllərində isə yenicə müstəqillik əldə edən Azərbaycan ən çətin dövrlərini yaşayırdı. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq müharibəsi, digər tərəfdən, ölkədəki hakimiyyətdaxili çəkişmələr, siyasi, iqtisadi böhran nəticəsində dövlətin mövcudluğu təhlükə altına düşmüşdü. Azərbaycan xalqı isə Ümummilli lideri, Onun ölkə üçün uzun illər gördüyü işləri unutmamışdı. Ölkənin, xalqın o cür çətin günlərində xalq bir daha üzünü Heydər Əliyevə tutdu. 14 iyul tarixinin ən mühüm əhəmiyyətlərindən biri isə bu oldu -1969-cu ilin 14 iyulunda Azərbaycanın yenilənməsinin əsasını qoyan Heydər Əliyevin adı ən müasir tariximizə xilaskar və dövlətimizin memarı kimi düşdü. Bəli, xalqımızın 1993-cü ildə Heydər Əliyevə müraciəti 1969-cu ildən başlanan yolun davam etməsi arzusu idi...

Tarixi missiya...

Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Sabitlik bərqərar edildi, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə olundu, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Eləcə də, hüquqi dövlət quruculuğu prosesinə start verildi. İqtisadiyyatın dirçəldilməsi baxımından Azərbaycanın gələcəyi üçün ən mühüm addımlardan sayılan neft müqavilələri imzalandı. 1995-ci ildə referendum yolu ilə Konstitusiya qəbul edildi. Ulu Öndər Heydər Əliyevin səyi ilə qısa zamanda Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarlanmasına - müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı...

Pərviz SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 İyul 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri