14 yaşlı uşaq qonşusunu güllələdi
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Ağdaşda silahlı insident baş verib.
Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib.
Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə. yetirib.
Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib.
Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən M.Ə. Ağdaşda tanınmış sahibkar olan Məhəmməd Əliyevin nəvəsidir.

Bu mövzuda digər xəbərlər:50 yaşlı kişi 14 yaşlı qonşusunu armaturla döydü
06 İyul 2026 21:56
14 yaşlı yeniyetmə iki polisi güllələdi
09 Mart 2025 06:34
Qonşusunu yadplanetli sanıb güllələdi
05 Avqust 2025 16:36
Tanınmış iş adamının 14 yaşlı nəvəsi qonşunu güllələdi FOTO
21 Sentyabr 2026 09:46
Məktəb davası faciəyə çevrildi 13 yaşlı oğlan 14 yaşlı qızı güllələdi
28 Mart 2025 18:32
Baxış sayı:95
Bu xəbər 21 Sentyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















