15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Məşhur aktyor Rupert Qrint 15 ildən sonra “Harry Potter” filminin Ron Uizli obrazını yenidən canlandıracaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə britaniyalı aktyor “Instagram” hesabında iki paylaşım edib.
“Köhnə cübbələri tozdan təmizləyirəm. Nyu-York, fevralda görüşənədək!”, - paylaşımda qeyd olunub.
Hazırda 38 yaşı olan Qrint gələn ilin fevral ayından etibarən dörd ay müddətinə Brodveydə “Harry Potter and the Cursed Child” tamaşasının aktyor heyətinə qoşulacaq.
O, jurnalistlərə verdiyi açıqlamada bildirib ki, “Ron Uizli” 11 yaşından bəri onun bir parçası olub: “Həyatımın bu mərhələsində onunla yenidən görüşməyi səbirsizlikə gözləyirəm. Həm canlandırdığım obrazın, həm də real həyatda mənim ata olduğum bir vaxtda “Ron”a həyat vermək mənim üçün çox özəl hissdir...”
Qeyd edək ki, tamaşada “Ron” və “Hermiona” evlənir və qızlarını Hoqvartsa göndərir.
Məlumat üçün bildirək ki, Qrint ilk dəfə 11 yaşında “Ron” rolunu oynamaq üçün seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 28 Avqust 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















