PUA hücumu: AZAL təyyarəsi Bakıya uça bilmədi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Rusiyanın bir neçə hava limanında kütləvi PUA hücumlarına görə, onlarla aviareys gecikib, bəzi uçuşlar isə ləğv olunub.
Axar.az lent.az-a istinadla xəbər verir ki, oktyabrın 30-u axşam saatlarından 31-nə keçən gecə Moskvanın Şeremetyevo və Vnukovo, eləcə də Sankt-Peterburqun Pulkovo hava limanlarında uçuş cədvəllərində ciddi dəyişikliklər baş verib.
Gecikmələr əsasən Dubay, Antalya, İstanbul, Soçi və Mərkəzi Asiya şəhərlərinə uçan sərnişinlərə təsir edib.
Məlumata görə, Azərbaycan Hava Yollarına (AZAL) məxsus J2 182 nömrəli Bakı reysi də gecikən uçuşlar arasındadır. Təyyarənin uçuşu saat 13:45-ə təxirə salınıb.
Bundan başqa, “EgyptAir” aviaşirkətinin Şarm-əl-Şeyx istiqamətində MS 728 nömrəli reysinin uçuşu saat 11:00-a keçirilib.
Rusiya hava limanlarında bəzi aviareyslərin gecikməsi bir neçə saat davam edib, bir sıra uçuşlar isə tamamilə ləğv olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 31 Oktyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















