Icma.az
close
up
RU
15 sentyabr zəfəri: tarixi həqiqət və təhriflər

15 sentyabr zəfəri: tarixi həqiqət və təhriflər

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 sentyabr, AZƏRTAC

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 107-ci ildönümünə həsr olunmuş “15 sentyabr zəfəri: tarixi həqiqət və təhriflər” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə institutun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev bildirib ki, 1918-ci il sentyabrın 15-dək Bakı Azərbaycan Xalq Cümhuriyyətinin nəzarətində olmayıb. Həmin dövrdə şəhərdə “Sentrokaspi diktaturası” hakimiyyətdə idi. Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını azad etməsi nəticəsində Cümhuriyyətin paytaxtı Gəncədən Bakıya köçürülüb və hökumətin tam fəaliyyətə başlaması üçün şərait yaranıb.

İlqar Niftəliyev vurğulayıb ki, Bakı uğrunda döyüşlərdə Azərbaycan milli hərbi hissələri Qafqaz İslam Ordusunun tərkibində vuruşub. Bu, milli ordunun hərbi-təşkilati cəhətdən formalaşması və döyüş təcrübəsi qazanması baxımından mühüm əhəmiyyət daşıyıb. Bakının azad olunması, həmçinin azərbaycanlıların milli dövlətçilik ideyalarını dərk etməsinə, milli həmrəylik düşüncələrinin güclənməsinə səbəb olub. Onun sözlərinə görə, müasir dövrdə bu tarixin qeyd olunması dövlətçilik ənənələrinin, milli ordunun və müstəqillik ideyalarının təbliği baxımından aktuallıq kəsb edir. Bu tarix, eyni zamanda, Türkiyə–Azərbaycan qardaşlığının və hərbi əməkdaşlığının tarixi köklərini xatırladır.

İnstitutun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin müdiri Kamran İsmayılov “Müasir dövrdə 15 sentyabr hadisəsinin ətrafında saxtalaşdırılması cəhdləri” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, 1918-ci il 15 sentyabr Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biridir. Lakin uzun illərdir həm Rusiyada, həm də Ermənistanda Bakının azad edilməsi hadisəsinin saxtalaşdırılmasına cəhdlər müşahidə olunur. Məruzəçi çıxışında bir sıra faktlara əsaslanaraq bu iddiaların tamamilə yalan olduğunu və yalnız konyunktur siyasi məqsədlərə xidmət etdiyini diqqətə çatdırıb.

Tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova “Bakıdakı ictimai-siyasi proseslərdə daşnakların iştirakı məsələsinə dair (mart–sentyabr 1918)” adlı məruzəsində erməni Daşnaksütyun partiyasının terror fəaliyyəti və Bakı Sovetində iştirakı haqqında məlumat verib. O bildirib ki, həmin dövrdə Bakıda son dərəcə gərgin hərbi-siyasi vəziyyət hökm sürüb və daşnaklar bu vəziyyətdən öz maraqları naminə istifadə ediblər.

Tədbirdə, həmçinin tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “Bakının azad edilməsinə Azərbaycan siyasi mühacirlərinin münasibəti” mövzusunda çıxış edib. O, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Hüseyn Baykara və Mirzə Bala Məmmədzadənin siyasi baxışlarını diqqətə çatdırıb. Mübariz Ağalarlı qeyd edib ki, Cümhuriyyət xadimləri öz əsərlərində Bakının işğaldan azad edilməsini Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə kimi dəyərləndiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri