15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Beyləqan rayonunda 19 yaşlı gənc 15 yaşlı qıza qarşı cinsi zorakılıq edib.
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.
Kənd sakini, 2007-ci il təvəllüdlü Xalis Əhmədov (ad və soyad şərtidir - red.) orta məktəbdə kənd sakini, 2011-ci il təvəllüdlü A.G. ilə tanış olub.
Məlumata görə, yeniyetmə qızın valideynləri boşandığından o, əvvəlcə anası ilə birlikdə Bakıda yaşayıb. Sonradan isə kəndə, babasının yanına köçərək onunla yaşamağa başlayıb. Qız Xalislə tanış olub və bir müddət sonra onların arasında münasibət yaranıb.
Daha sonra Xalis və 15 yaşlı qız görüşməyə başlayıblar. Xalis qızı onunla ailə quracağına inandırıb və onlar mütəmadi olaraq görüşüblər.
Bir gün Xalis gecə saat 2 radələrində qızla görüşmək istədiyini bildirib. Onlar qızın babasının evində görüşüblər və həmin vaxt cinsi əlaqədə olublar. Daha sonra birlikdə foto və video çəkiblər.
Bir müddət sonra Xalis yenidən qızla cinsi əlaqədə olmaq istəyib. Yeniyetmə bu təklifdən imtina etdikdə isə oğlan çəkdiyi videonu yayacağı ilə hədələyərək onu şantaj edib. Nəticədə Xalis bu yolla qızla bir neçə dəfə cinsi əlaqədə olub. Sonradan onların videosu kənd sakinləri arasında yayılıb.
Hadisədən xəbər tutan qızın valideynləri polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Xalis saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə X.Əhmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 03 Noyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















