Icma.az
close
up
RU
“150 illik Azərbaycan mətbuatı “Əkinçi”nin izi ilə Aydın Tağıyev yazır

“150 illik Azərbaycan mətbuatı “Əkinçi”nin izi ilə Aydın Tağıyev yazır

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bu gün ölkəmizdə və dünyada baş verən bütün prosesləri və hadisələri bizə xəbər verən, xalqın maariflənməsi və ictimai şüurun formalaşmasında böyük rol oynayan milli mətbuatımızın yaranmasından 150-il ötür. Azərbaycan mətbuatının əsas məqsədi şəffaflıq və ictimai nəzarət vasitəsi kimi çıxış etməkdir.

Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş və ölkəmizin ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin nəşrə başladığı tarix 1991-ci ildən Azərbaycan Milli Mətbuat günü kimi qeyd olunur.

Həmin dövrdə ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən böyük mütəfəkkir Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmiş və xeyli zəhmətdən sonra Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Maraqlı bir məqamı da qeyd edim ki, qəzetin nəşrinə icazə verilməsində Zərdabinin peşəsi xüsusi rol oynamışdı. Təbiət elmləri üzrə təhsil aldığı üçün Zərdabinin əkin-biçin məlumatlarının yayılacağı vədi Moskvaya inandırıcı gəlmişdi.

“Əkinçi” qəzetinin ilk nömrəsi 1875-ci il iyulun 22-də işıq üzü görüb. 1877-ci ilin sentyabrınadək cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq, bu qəzetin Azərbaycan mətbuatının təşəkkülündə böyük rolu olub. Bu illər ərzində qəzetdə dövrünün bir çox ziyalı və maarifpərvərlərinin – Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Heydərinin Dərbənddən göndərdikləri məktubları, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri, Seyid Əzim Şirvaninin şeirləri və s. dərc olunub.

Həsən bəy Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan maarifpərvər, demokratik naşirlər “Əkinçi”nin çıxdığı vaxtlarda xalqın şüuruna təsir etmək, onu avamlıq və xurafat buxovlarından azad etmək, kütlədə milli mənlik şüurunu inkişaf etdirmək məsələlərinə böyük əhəmiyyət verirdilər, həmçinin Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Buna görə də onlar, “Əkinçi” qəzetinin səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumatlar dərc edilir, onların çap və yayılma mədəniyyəti barədə şərhlər verilir, müəyyən ziyalı dairələrində təəssübkeşlik hissini oyatmağa çalışırdılar.

Lakin belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı. Azərbaycan tarixində ilk mətbu orqan olan “Əkinçi” sonrakı illərdə milli mətbuatın yeni nəsli üçün bir yol oldu. Öz yerini “Kəşkül” (1883), “Ziya” (1884) qəzetlərinə verdi.

XX əsrin əvvəllərində nəşr olunan mətbu orqanlar isə Azərbaycanın milli-azadlıq, milli oyanış hərəkatının əsas istiqamətverici qüvvəsi kimi tarixə düşüblər. Ölkəmizdə milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə nəşr olunan qəzetlər isə cəmiyyətin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. Xüsusilə, Azərbaycanda milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan bu illərdə “Həyat”, “Təzə həyat”, “Füyuzat”, “Şəlalə”, “Açıq söz”, “Şərqi-rus” və s. kimi qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıb, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində müstəsna xidmət ediblər. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

Ölkəmizin mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən, ilk nömrəsi 1906-cı il aprelin 7-də işıq üzü görmüş “Molla Nəsrəddin” jurnalıdır. Jurnalın redaktoru Mirzə Cəlilin əsas qayəsi milləti müasir dünyaya uyğun səviyyədə görmək idi. “Molla Nəsrəddin” bu amallar uğrunda mübarizə fonunda yaranmışdı. Jurnalın yazıları bütöv bir millətin başına açılan oyunların, əzab-əziyyətlərin, haqsızlıqların satirik ifadəsi idi.

Lakin heç şübhəsiz demokratik cəmiyyətin inkişafına mane olan amillərdən biri də senzuranın mövcudluğudur. Azərbaycanda hələ sovet dövründən həm mətbuat, həm də incəsənətin müxtəlif növlərinin yayımında çox ciddi senzura tətbiq olunurdu. Sovet dönəmində mətbuat yalnız texniki baxımdan inkişaf etdi. Bu dövrdə müstəqil mətbu orqan çapdan çxmırdı. Mediada senzuranın tətbiqi həm də demokratik dəyərlərin tapdalanması deməkdir. Buna görə də demokratiya yolunda addımlayan ölkələr ilk olaraq mətbuat senzurasını aradan qaldırırlar.

Artıq XX əsrin 80-ci illərindən milli mətbuatımız azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, həmçinin yenilənən informasiya vasitəsilə operativ məlumatlandırmanın daşıyıcısı olub.

Ölkəmiz üçün bu yolda ilk addım isə ötən əsrin sonlarında müstəqilliyimizin yenidən bərpasından sonra atıldı. Belə ki, əvvəlcə sistemli formada KİV-in hüquqi bazası yaradıldı. Demokratiyanın yüksək inkişaf etdiyi qabaqcıl ölkələrin təcrübəsini əsas tutaraq Azərbaycan Konstitusiyasında mətbuat dövlət tərəfindən öz hüquqlarının yüksək səviyyədə qorunmasının təminatını həyata keçirdi. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib.

Daha sonra ulu öndər Heydər Əliyevin 16 avqust 1998-ci il tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Təbii ki, senzuranın birdəfəlik ləğvi ilə Azərbaycan mediası öz inkişaf yolunda yeni keyfiyyət yüksəlişi mərhələsinə keçdi, jurnalistlər azad sözü, müstəqil fikri hər vəchlə boğmağa çalışan senzura “bəlasından” xilas oldular. 1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu ilə mətbuat sahəsində demokratik prinsipləri daha da möhkəmləndi.

2000-ci ilin martında imzalanan Sərəncamla “2000–2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiqləndi. 2003-cü il martın 15-də isə Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum – Azərbaycan Mətbuat Şurası yaradıldı.

Ölkəmizdə mətbuata olan diqqət və qayğı Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da gücləndirildi. 2005-ci ildə milli mətbuatın yaranmasının 130 illiyi ilə əlaqədar 140-dan artıq mətbuat işçisi Prezidentin Sərəncamı ilə fəxri adlara və digər mükafatlara layiq görüldü, “İnformasiya əldə etmək haqqında” qanun qəbul edildi. Həmin dövrdə dövlətimizin başçısının təşəbbüsü ilə “Əməkdar jurnalist” fəxri adı da bərpa edildi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu fondun yaradılmasında məqsəd Azərbaycanda söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin həyata keçirilməsidir. 2010-cu ildə isə “Elektron media haqqında” qanun qəbul edildi.

Dəyişən və sürətlə inkişaf edən bir dövrdə yeniliklərlə ayaqlaşmaq üçün mətbuat sahəsində də davamlı islahatların zəruriliyini artırırdı. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu baxımdan çox əhəmiyyətli bir addım oldu. Daha sonra “Media haqqında” Qanunun qəbul edilməsi də milli mətbuatın davamlı inkişafını təmin edən mühüm addımlardan oldu.

44 günlük müharibə dövründə Azərbaycan mətbuatı da öz sözünü demiş oldu. Bildiyimiz kimi bu dövr Azərbaycan tarixində həm informasiya müharibəsinin, həm də real döyüşlərin paralel getdiyi bir mərhələ kimi xarakterizə olunur. Mətbuat orqanları ictimaiyyətin düzgün və davamlı məlumatlandırılması üçün müsəlləh əsgər kimi xalqın xidmətində oldu. Ən önəmlisi isə bütün xəbərlər rəsmi mənbələrə əsaslanaraq verilirdi. Dezinformasiyanın qarşısının alınmasına çalışırdı. Eyni zamanda döyüş bölgələrindən canlı reportajlar hazırlanırdı. Bu da gənclər və yeniyetmələrdə, hətta deyərdim ki, uşaqlar və körpələrdə milli ruh və vətənpərvərlik hisslərinin artırılmasına xidmət etdi.

Azərbaycan mətbuatı tarixində ilkə imza atan, ana dilli mətbuatının ilk təməl daşlarını qoyan Həsən bəy Zərdabi belə deyirdi: “Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Belə yanğı vaxtında hər millətini istəyənin borcudur ki, birə-beş artıq işləsin və bir də bizim oxuyanımız az olduğuna biz gərək nə ki, işi müftə və bitəmənna millət üçün eləyək, hətta lazım olsa xərcini də bə qədər məqdur özümüz gərək verək. Belədə iş irəli gedə bilər”.

Həmin vaxtdan ötən 150 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Hesab edirəm ki, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu hazırkı şəraitdə mətbuatın üzərinə düşən vəzifələr də nisbətən fərqli mahiyyətdə inkişaf etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ölkə ictimaiyyəti ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən daha yüksək prinsipiallıq, vətəndaş mövqeyi, milli təəssübkeşlik tələb edir. Bu meyarlar Azərbaycan mediasının yeni keyfiyyət göstəricisinə çevrilir.

Bütün dövrlərdə mətbuat cəmiyyətin aynası hesab edilir. Bu səbəbdən mətbuat ictimai şüurun yetkinlik səviyyəsinə uyğun olaraq təkmilləşir, eləcə də dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir. Hazırda respublikamızda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir, müstəqil media qurumları yaradılır. Xüsusilə müharibə şəraitində yaşadığımızı nəzərə alaraq düşmənə qarşı hər cəbhədə mübarizə aparmalı olduğumuzu unutmamalıyıq. Müasir dövrdə isə informasiya mübarizəsinin qalibi olan tərəf bütün mübarizələrdən qalib ayrılmağa təkan verən qüvvələrdəndir.

Hazırkı şəraitdə Azərbaycan dövlətinin mətbuatdan başlıca gözləntiləri milli informasiya məkanının təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim müdafiə edərək uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini qorumaqdır.

Milli Mətbuat Günü münasibətilə işinə vicdanla yanaşan bütün mətbuat işçilərini təbrik edir, onlara məsuliyyətli işlərində yeni-yeni uğurlar arzu edirəm!

Bakıvaxtı.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 İyul 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri