Icma.az
close
up
RU
150 qramı 10 40 avroya satılır, Azərbaycanda isə...

150 qramı 10 40 avroya satılır, Azərbaycanda isə...

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda qurbağa istehsalı uzun illərdir həyata keçirilir, amma ölkə daxilində tələbat az olduğu üçün məhsullar daha çox xarici bazarlara göndərilir.
 

Qida sənayesində nadir hallarda rast gəlinən qurbağa ayaqları bəzi restoranlarda menyuya daxil edilir, lakin yerli istehlakçılar arasında geniş yayılmayıb. Buna baxmayaraq, məhsulun ixracı ölkənin aqrar sahədəki potensialını və beynəlxalq ticarət imkanlarını göstərir. Bu çərçivədə İtaliya və Fransaya 3,6 ton qurbağa ayağı göndərilib.


Bu ölkələrdə qurbağa ayaqları delikates kateqoriyasına aid edilir və bir çox restoranlarda 1 pors üçün, təxminən 150 qram qurbağa ayağı restorandan asılı olaraq 10 avrodan başlayaraq 40 avroya təqdim olunur.
Azərbaycandan qurbağa əti ilə yanaşı, Amerika Birləşmiş Ştatlarına 4,3 milyon, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 1,1 milyon ədəd ərzaqlıq yumurta məhsulu, Avstraliya, Albaniya və
Kanadaya balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Musavat.com-a verilən açıqlamaya görə, ölkədə qida təhlükəsizliyi sahəsində aparılan tədbirlər yerli məhsulların keyfiyyətini artırmaqla yanaşı, onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətini də gücləndirir. Bu, xüsusilə qurbağa ayaqları kimi xüsusi məhsulların ixracına şərait yaradır və Azərbaycana yeni ticarət imkanları açır.
Agentlik bildirir ki, Avropa İttifaqı ölkələrinə heyvan mənşəli məhsulların, o cümlədən qurbağa ayaqlarının ixracı üçün subyektlər TRACES (Trade Control and Expert System) sistemində qeydiyyatdan keçməlidirlər.
Masallı rayonunun Qızılağac kəndi və Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən iki müəssisə bu sistemdə qeydiyyatdan keçərək məhsullarını ixrac edir. TRACES sistemi məhsulların beynəlxalq təhlükəsizlik standartlarına uyğunluğunu təmin edir və ixrac prosesini şəffaflaşdırır.
Qurbağa istehsalı Azərbaycanda az yayılan, amma ixrac potensialı yüksək sahədir. Keyfiyyətli məhsul və beynəlxalq standartlara uyğunluq ölkəmizin aqrar məhsullarını Avropa və digər ölkələrdə tanıdır, göstərir ki, Azərbaycanın qida sənayesi həm daxili, həm də xarici bazarlarda möhkəm mövqe tutur.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Sentyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri