“16 dekabr gecəsi Rusiya və Ukrayna arasında qarşılıqlı dron hücumları“ Ukrayna mərbuatı
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Mülki və strateji obyektlər zərbə altında qalıb..."
Ukrayna rəsmilərinin məlumatına görə, 16 dekabr gecəsi Rusiya ordusu Zaporojyeni "Shahed" tipli zərbə dronları ilə vurub.
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri5yh məlumat yayıb.
Zaporojye və Odessada mülki obyektlərə hücum
Məlumatda deyilir ki, hücum nəticəsində doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib, bir neçə mənzil tamamilə yanıb. Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, hadisə zamanı azı üç nəfər xəsarət alıb, sakinlər təxliyə olunub. Yanğın səhər saatlarında tam söndürülüb.
Eyni gecə Odessa vilayəti də kütləvi dron hücumuna məruz qalıb. Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin məlumatına görə, hücum nəticəsində müəssisələrdən birinin ərazisində məişət texnikası saxlanılan anbarda genişmiqyaslı yanğın yaranıb. Fövqəladə xidmətlər alovu lokallaşdırıb, xəsarət alan olmayıb.
Rusiya ərazisinə dron hücumları
Ukrayna mediasının və Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 16 dekabr gecəsi Rusiyanın bir sıra regionları, xüsusilə Bryansk vilayəti kütləvi dron hücumuna məruz qalıb. Rəsmi məlumatlarda HHM vasitələri ilə onlarla pilotsuz uçuş aparatının vurulduğu bildirilib. Moskva istiqamətində hərəkət edən dronların da zərərsizləşdirildiyi qeyd olunur. Yerli hakimiyyət orqanları ciddi dağıntı və itkilər barədə məlumat verməyib.
Strateji obyektlər hədəfdə
Ukrayna Baş Qərargahının açıqlamasına görə, 15 dekabr gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Astraxan qaz emalı zavoduna zərbə endirib. Bildirilir ki, hərbi-sənaye kompleksi üçün vacib hesab olunan bu müəssisədə partlayışlar və güclü yanğın qeydə alınıb, zərərin miqyası dəqiqləşdirilir.
Bununla paralel olaraq, Ukrayna mənbələrinin məlumatına görə, UTX-nin uzaqmənzilli dronları Xəzər dənizində "Lukoyl" şirkətinə məxsus neft hasilatı platformalarını üçüncü dəfə hədəfə alıb. Nəticədə kritik avadanlıqlar sıradan çıxıb və hasilat prosesləri dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Dekabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















