Icma.az
close
up
RU
Tibbi sığorta üçün ayda 16 manat ödənişi kimlər edəcək? Hüquqşünasdan detallı AÇIQLAMA

Tibbi sığorta üçün ayda 16 manat ödənişi kimlər edəcək? Hüquqşünasdan detallı AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Milli Məclisdə "Tibbi sığorta haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, qeyri-formal məşğul şəxslər, yəni işsizlər növbəti ildən tibbi sığortadan yararlanmaq üçün aylıq 16 manat ödəməli olacaqlar. Həmçinin qeyd olunur ki, bu məbləği vaxtında ödəməyənlərə 10 faiz miqdarında cərimə tətbiq ediləcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hüquqşünas Sahib Məmmədov bildirdi ki, hal-hazırda çoxsaylı insanlar var ki, özüməşğuldurlar:

"Tutaq ki, sənətkarlıqla məşğuldurlar, hansısa təmir işlərini həyata keçirirlər və ya müxtəlif xidmətlər göstərirlər. Məsələn, təmir-tikinti briqadaları qeyri-formal şəkildə ev təmiri edir, fərdi evlər tikirlər və sair. Faktiki olaraq qazanc əldə edirlər, amma sığorta ödənişləri etmirlər. Onlar muzdlu əməyə cəlb olunmayıblar, VÖEN-ləri yoxdur, vergi uçotunda da deyillər. Bu kateqoriya həmin şəxslər üçün nəzərdə tutulub.

Amma açığı, onların necə müəyyən ediləcəyi bir qədər qeyri-müəyyəndir. Yəni kimsə işsiz kimi uçota durmayıbsa və iş axtaran şəxs qismində müraciət etməyibsə, həmin şəxslərin qeyri-formal məşğul kimi avtomatik qeydiyyata alınacağı ehtimal olunur. Mən belə düşünürəm. O halda, doğrudan da işi olmayan insanlar gedib işsiz kimi qeydiyyata düşməlidirlər. Hər halda, bunun necə və hansı qaydada həyata keçiriləcəyi hələ məlum deyil. Söhbət ondan gedir ki, həmin şəxslərin qazancı var, lakin nə fərdi sahibkar kimi vergi uçotunda dururlar, nə də muzdla işləyirlər, yəni konkret əmək müqavilələri yoxdur. Bu mexanizm də məhz həmin şəxsləri əhatə edir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri