16 yaşlı qızı qaçıran axund iddia edəcək ki, peyğəmbərin yolu ilə gedirəm Elşad Miri
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
"Mənim "İslamda yoxdur" adlı kitabımı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi qadağan etdi. Həmin kitabda yazdığım bölümlərdən biri azyaşlıların ərə verilməsi ilə bağlı idi. Kitabda peyğəmbərimizin Ayişə adlı qızla 6 yaşında nişanlanıb, 9 yaşında evləndiyi iddiasının yanlış olması ilə bağlı cavab var idi. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi kitabı qadağan edərək buna haqq qazandırmış oldular. İndi bunu hansısa axunda, din xadiminə desək, hədis kitablarında peyğəmbərin də azyaşlı ilə evləndiyinin iddia edildiyini və onun yolu ilə getdiyini deyəcək".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri deyib.
O bildirib ki, onların düşüncəsinə görə etdikləri qanun pozuntusu deyil:
"16 yaşlı qızı qaçıran axund da dini baxımdan heç nəyi səhv etmədiyini bildirəcək. Qafqaz Müsəlmanları İdarəsi və Dini Komitə buna etiraz edə bilməyəcək. Qanunvericiliklə 18 yaş arqumentini gətirsək belə, o, özündə günah görməyəcək. Buna görə də bu məsələdə keçmişdən gələn yanlışı aradan qaldırmaq lazımdır. Kişinin 16 yaşlı qıza dərs deməsi ilə bağlı qadağa yoxdur. Məktəblərdə də belədir. Sadəcə bildiyimiz ən əsas məsələ hazırda peyğəmbərə aid bu cür uydurma olmasıdır. Bu uydurmaya inanan, özünü müsəlman adlandıran milyonlarla insan var. Təəssüf ki, dinlə bağlı iki qurum da bunu təsdiq edir".
Qeyd edək ki, Aşağı Güzdək qəsəbəsində axundun 16 yaşlı qızı qaçırması iddiaları irəli sürülüb.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri deyib.
O bildirib ki, onların düşüncəsinə görə etdikləri qanun pozuntusu deyil:
"16 yaşlı qızı qaçıran axund da dini baxımdan heç nəyi səhv etmədiyini bildirəcək. Qafqaz Müsəlmanları İdarəsi və Dini Komitə buna etiraz edə bilməyəcək. Qanunvericiliklə 18 yaş arqumentini gətirsək belə, o, özündə günah görməyəcək. Buna görə də bu məsələdə keçmişdən gələn yanlışı aradan qaldırmaq lazımdır. Kişinin 16 yaşlı qıza dərs deməsi ilə bağlı qadağa yoxdur. Məktəblərdə də belədir. Sadəcə bildiyimiz ən əsas məsələ hazırda peyğəmbərə aid bu cür uydurma olmasıdır. Bu uydurmaya inanan, özünü müsəlman adlandıran milyonlarla insan var. Təəssüf ki, dinlə bağlı iki qurum da bunu təsdiq edir".
Qeyd edək ki, Aşağı Güzdək qəsəbəsində axundun 16 yaşlı qızı qaçırması iddiaları irəli sürülüb.
Əfsanə Kamal
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Peyğəmbərin dövründə gitara vardı? Elşad Miri HİDDƏTLƏNDİ
22 May 2025 15:58
16 yaşlı qızı qaçıran axund kimə güvənir?
24 İyun 2025 12:41
Elşad Miri: “İslamda sünnət yoxdur”
12 Sentyabr 2025 11:42
Ölənin dalınca danışmaq... Elşad Miri
30 Sentyabr 2025 23:45
İlahiyyatçı Elşad Miri ölümlə təhdid edilir…
16 May 2025 11:24
Baxış sayı:111
Bu xəbər 21 İyun 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















