Meksikada Əyyub Quliyevin dirijorluğu ilə Şelkunçik baletinin premyerası olub
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Mexiko şəhərinin tanınmış “Milli Auditoriya” konsert zalında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə P.İ.Çaykovskinin unudulmaz “Şelkunçik” baletinin möhtəşəm premyerası keçirilib.
AzPost bildirir ki, azərbaycanlı dirijorun bu layihədə iştirakı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ölkəmizin Meksikadakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.
Meksika Mədəniyyət Nazirliyi nəzdində İncəsənət və Ədəbiyyat Milli İnstitutunun (INBAL) İncəsənət Teatrının simfonik orkestri və Milli Rəqs Qrupunun balet truppası tərəfindən ifa olunmuş baletin ilk nümayişi anşlaqla keçib.
Baletin səhnələşdirilməsində Milli Rəqs Qrupunun aparıcı üzvləri ilə bərabər uşaqlardan ibarət balet ifaçıları da iştirak edib. Layihəyə ümumilikdə yüzdən çox balet ifaçısı, həmçinin səksəndən artıq musiqiçinin iştirak etdiyi orkestr cəlb olunub.
Meksikanın 70 ildən çox tarixi olan İncəsənət Teatrının orkestri ölkənin aparıcı musiqi kollektivlərindən biridir. On min tamaşaçı tutumuna malik “Milli Auditoriya” isə Latın Amerikası regionunun, habelə dünyanın böyük və əhəmiyyətli konsert zallarından biri hesab olunur və ölkə miqyasında vacib tamaşaların çoxuna ev sahibliyi edir.
Meksikanın aparıcı mədəniyyət qurumlarının təşkilatçılığı ilə həyata keçirilən bu cür mötəbər layihəyə ilk dəfədir ki, azərbaycanlı dirijor dəvət olunur. Azərbaycanın zəngin və parlaq dirijorluq məktəbinin nümayəndəsi Ə.Quliyevin çıxışı Latın Amerikası tamaşaçılarını heyran edib.
Təşkilatçıların məlumatına görə, dekabrın 23-dək nümayiş olunan baletin bütün seanslarına biletlər tam satılıb. Bu seanslarda ümumilikdə təqribən yüz min tamaşaçının iştirakı gözlənilir.
Paylaş
Baxış sayı:64
Bu xəbər 26 Dekabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















