Ceyhun Bayramov: Avropada bir sıra ölkələrdə separatçılara qarşı dözümsüz yanaşma görürük
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
"Qərb ölkələrindən bizə qarşı ikili standartlar göstərilirdi".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında suallara cavab verərkən deyib.
“Humanitar məsələlərin siyasiləşdirilməsi, təəssüflər olsun ki, ölkəmizə qarşı yeni mövzu deyil. Bu alətlərdən illər boyu bizə qarşı istifadə edilib. Siyasi təzyiq kimi bizə qarşı istifadə edilməsi ilə bağlı cəhdlərin şahidi olmuşuq. 2023-cü ildə anti-terror əməliyyatlarından bir neçə ay sonra Avropa İttifaqında nümayəndə heyətimizin iştirakına xitam verildiyinin şahidi olduq. Səbəb isə bizim həyata keçirdiyimiz müstəqil və prinsipial mövqeyi idi. Avropada bir sıra ölkələrdə (Ukrayna, Moldova və.s) mövcud olan separatçılara qarşı dözümsüz yanaşmanı görürük. Lakin Azərbaycanda separatizmə qarşı isə tamamilə başqa bir yanaşma var. Dırnaqarası qondarma rejimin dırnaqarası David Babayana Avropa paytaxtları tərəfindən 10 illik səyahət vizası verilmişdi.Bu gün qonşu ölkələrdə baş verənıərə baxın, din xadimlərinə, xaricdəki diaspor nümayəndələrinə qarşə atılan addımlara qarşı Avropadan hansısa etiraz görmüsünüz?! Yox. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Amma dünyada gedən proseslər dəyişir. Bir çox dövlətlər artıq fərqli davranır. Dünyanın əsas siyasi mərkəzi olan ABŞ 2025-ci il İnsan hüquqları hesbaatında bir çox Avropa ölkələrini tənqid edib”, - Ceyhun Bayramov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 26 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















