Icma.az
close
up
RU

16 yaşlı uşaq ailəsini öldürdü: Amerikanın Əhmədi

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Nyu-Meksiko ştatında 16 yaşlı Dieqo Leyva ailəsinin 4 üzvünü öldürdüyü iddiası ilə həbs edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nyu Meksiko ştatının polisindən verilən açıqlamaya görə, Leyva sərxoş halda səlahiyyətlilərə təslim olub və qətlləri etiraf edib.

Hadisə gecə saatlarında Leyvanın polisə zəng edərək ailəsini öldürdüyünü deməsi ilə üzə çıxıb. Polis əməkdaşları hadisə yerinə gələndə Leyva əllərini havaya qaldıraraq təslim olub. Evə baxış zamanı mətbəx masasının üzərindən tapança və 4 nəfərin meyiti tapılıb.

Polis Leyvanın dörd qətl maddəsi ilə həbs edildiyini və yetkinlik yaşına çatmış kimi mühakimə olunacağını açıqlayıb. Leyvanın spirtli içkidən təmizlənməsi üçün xəstəxanaya aparıldığı da bildirilib. Səlahiyyətlilər hadisə ilə bağlı ətraflı araşdırmanın davam etdiyini açıqlayıb.

Şübhəlinin müəllimi Dieqonun belə bir cinayət törədə biləcəyinə inana bilmədiyini ifadə edərək, “Onu həmişə sakit və çalışqan bir şagird kimi tanıyırdım. Bu hadisə məni çox sarsıtdı” deyib.

Yerli xalq həlak olanlar üçün yas tutarkən, Dieqonun şagird olduğu məktəbdə qara paltarda anım tədbirlərinin keçiriləcəyi açıqlanıb.

Həyatını itirənlərin şəxsiyyəti hələlik açıqlanmasa da, Valensiya Yanğınsöndürmə İdarəsinin rəisi Mett Propp qurbanlardan birinin könüllü yanğınsöndürən olduğunu bildirib.

Qeyd edək ki, baş verən bu hadisə ABŞ-da artan “ailə qırğınları” arasında olub. Gun Violence Archive adlı müstəqil təşkilatın məlumatına görə, bu, ABŞ-da bu il 29-cu kütləvi qətl kimi qeydə alınıb.

Mütəxəssislər ailə qırğınlarının adətən silahlı kişilər tərəfindən törədildiyini və cinayəti törədənlərin çox vaxt qətldən sonra intihar etdiyini bildirirlər. Lakin bu halda Leyvanın sağ olması və təslim olması hadisəni başqa müstəviyə keçirib.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:286
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Dekabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri