161 nömrəli məktəbin üçüncü mərtəbəsi niyə başqa quruma VERİLİB? RƏSMİ AÇIQLAMA
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəblə bağlı iddialar yayılıb.
Sözügedən məktəbdə övladları təhsil alan valideynlərin iddiasına görə 6 ildən çoxdur ki, məktəbin 3-cü mərtəbəsində Elm və Təhsil Nazirliyinə bağlı qurumlardan biri fəaliyyət göstərir.
Onların əsas narazılığı isə həmin quruma gələn kənar şəxslərin məktəbin daxilindən sərbəst giriş-çıxış etməsi və şagirdlər üçün nəzərdə tutulmuş sanitar qovşaqlarından istifadə etməsidir.
Valideynlər məsələ ilə bağlı imza kampaniyasına başladıqlarını bildiriblər. Onlar məktəbin tamamilə şagirdlərin istifadəsinə verilməsini tələb edirlər.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məktəbdə mövcud yer imkanı nəzərə alınmaqla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı Xidmət və əməliyyat mərkəzi fəaliyyət göstərir.
“Qeyd olunan Xidmət və əməliyyat mərkəzi Qaradağ, Səbail və Yasamal rayonları ərazisində yerləşən təhsil müəssisələrinə xidmət göstərir.
Mərkəzin əməkdaşlarının binaya daxil olması siyahı üzrə tənzimlənir və təhsil müəssisəsinin normal fəaliyyətinin qorunması məsələlərinə ciddi nəzarət olunur”.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 08 May 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















