Türk sivilizasiyasının qədim dövrü
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
IX yazı
Antitürk nəzəriyyələri Avropa, Sovet, İran, Çin ideoloqları birlikdə müdafiə etmiş və əsaslandırmağa çalışmışlar. Əslində burada əsas məqsəd Ön Asiyanın və Orta Asiyanın, bütövlükdə Asiyanın yerli xalqları olan Turanlıları /Türkləri diqqətdən kənarda saxlamağın “Ural-Altay Türk ailəsi” nəzəriyyəsinin “Avropamərkəzçilər” üçün nə dərəcədə əhəmiyyətli olması başa düşüləndir. Çünki həmin yerli etnosların etnik kimliyinə “Ural-Altay Türk ailəsi” deyil, “Turan/ Türk ailəsi” nəzəriyyəsindən yanaşsaq, o zaman məsələ tamamilə dəyişir.
Hələ, 19-cu əsrin ikinci yarısında, Turan dil ailəsini Ari və Sami dilləri ilə yanaşı bəşəriyyətin malik olduğu üçüncü dil ailəsi hesab edən Maks Müllər yazırdı ki, Türk dili Turan dil ailəsinə daxil olub Quzey Turan (Ural-Altay) dil ailəsinə aiddir; Güney Turan dil ailəsinə isə dravid, malay və başqa dillər daxildir. [1]20-ci əcrin əvvəllərində Əli bəy Hüseynzadə də yazırdı ki, dünyada Turan irqi, Turan mədəniyyəti və Turan dil ailəsi vardı.[2] Onun yolunu izləyən Ziya Göyalp da hesab edirdi ki, Türk xalqlarını Altay ya da Ural-Altay irqinə mənsub etmək doğru deyil, onun öz irqi, öz dil ailəsi vardır: Türk irqi, Türk dil ailəsi.[3]
Bunu, Hind-Avropa nəzəriyyəsini əsaslandırmağa çalışan “Avropamərkəzçi” alimlər də yaxşı bilirdilər, çünki hər addımda qarşılarına böyük Türk-Turan mədəniyyəti çıxırdı. Ona görə də, bu qədər böyük və əski bir mədəniyyətlə, o cümlədən Türk dilinin zənginliyi ilə qarşılaşacaqlarını gözləməyən “Avropamərkəzçi” alimlərinin əksəriyyəti çıxış yolunu Türk-Turan mədəniyyətini Hind-Avropa mədəniyyətinin aşağı səviyyəsi kimi elan etməkdə görmüşdülər. Bununla da Hind-Avropa mədəniyyətinin böyüklüyünə kölgə sala bilməyəcək “Ural-Altay” nəzəriyyəsi ortaya çıxmışdır. Onlara “Ural-Altay” nəzəriyyəsinin bir tərəfdən Türk xalqlarının digər millətlərdən fərqli olaraq aşağı, barbar olmalarını göstərmələri, digər tərəfdən mümkün qədər mədəniyyətlər mərkəzi olan Ön Asiya və Orta Asiyadan uzaq tutmaq üçün lazım idi.
Türk sivilizasiyasının varlığını ortaya qoymaq üçün bir tərəfdən dəfələrlə saxtalaşdırılmış dünya tarixini “Avropamərkəzçilik” konsepsiyasından xilas etmək, digər tərəfdən də həmin konsepsiyanın tərkib hissəsi kimi Hind-Avropa nəzəriyyəsinə uyğun olaraq uydurulmuş “Ural-Altay” nəzəriyyəsinin əsil mahiyyətini ortaya qoymaq lazımdır. Çünki Hind-Avropa nəzəriyyəsinə alternativ ola biləcək “Ural-Altay dil ailəsi” nəzəriyyəsi deyil, “Türk-Turan” ya da “Turan dil ailəsi” nəzəriyyəsidir. “Ural Altay” nəzəriyyəsi dil ailəsi və mədəniyyət, həm də corafiya baxımından “Hind-Avropa” nəzəriyyəsi qarşısında çox cılız və kasıb görünür ki, bunu uyduranların əsas məqsədi də bu olmalı idi. Başqa sözlə, “Ural-Altay” nəzəriyyəsi “Avropamərkəzçilik” konsepsiyasının maraqlarına xidmət etmək üçün ortaya atılmışdı. Qazax Türk alimi Oljas Süleymenov yazır: “Altay dilləri ailəsi də hind-avropa dil “icmasının” nümunəsi əsasında yaradıldı. Mövcud nəzəriyyəyə görə, müasir hind-avropa və Türk dilləri İsanın zühurundan az əvvəl yaranmışdır!”.[4]
Deməli, ən azı XIX əsrdən başlayaraq “Hind-Avropa” nəzəriyyəsini ortaya atanlar, onu əsaslandırarkən özlərinə əsas rəqib olaraq “Turan-Türk” mədəniyyətini görmüşlər. “Türk-Turan”ın daha əski və güclü bir mədəniyyət olması “Avropamərkəzçilər”ə əl vermədiyi, ancaq onun varlığını tamamilə inkar etmək də zor olduğu üçün, ən məqbul variant olaraq onu Hind-Avropa mədəniyyətinin aşağı qatı elan etdilər. O. Süleymenov yazır: “Türk köçərisi rəsmi elmin təsəvvüründə Çin, İran və Ərəb mədəniyyətlərinin əmcəyindən oğruluqla süd əmmiş Əbədi Vəhşi obrazında qaldı. Türk yazısının tələm-tələsik, müqayisə və araşdırma aparmadan iranlılardan götürülmə olduğunu elan etdilər”.[5] Halbuki Turan mədəniyyətindən qidalanan Çin, İran və Ərəb mədəniyyətləri olmuşlar. Bu baxımdan O.Süleymenovla tamamilə razılaşırıq ki, “nə vaxta qədər ki, hindavropalılar Türk dillərini Hind-Avropa imperiyasının ucqar əyalət şivələri, nə qədər ki, türkoloqların özləri dayə köməyi olmadan şalvarlarını əyinlərində saxlaya bilmirlər və öz möhtərəm müəllimlərinin təhqiredici “həqiqətlərini” tutuquşu kimi təkrar edirlər – biz öz evimizdə gözübağlı olacağıq”. [6]
Beləliklə, uydurma “Ural-Altay” deyil, əsil Türk-Turan nəzəriyyəsi imkan verir ki, bu günə qədər “Avropamərkəzçilər”in Hind-Avropa mədəniyyətinin adına çıxılan, ya da naməlum hesab olunan mədəniyyətlər gün üzünə çıxsınlar. Özəlliklə, “Ural-Altay nəzəriyyəsi”nin mövcudluğu Türklərin Kiçik Asya (Anadolu), Ön Asya (Qafqaz, Azərbaycan), Orta Asya (Türkistan, Tatariya), o cümlədən Avropanın böyük bir hissəsindəki (İtaliya, Bolqarıstan, Macarıstan və b.) tarixi-mədəni varlığını göstərməsinin əsas əngəlidir. Hər halda Şumer, Kuti, Turukki, Manna, Midiya, İş Quz kimi dövlətlərin tarixini və mədəniyyətini “Türk-Turan” nəzəriyyəsi ilə əlaqələndirmək daha məntiqlidir, nəinki “Ural-Altay”la. Deməli, “Avropamərkəzçiliy”in uydurduğu “Ural-Altay” nəzəriyyəsinin gerçək üzü “Türk-Turan” nəzəriyyəsidir. Yalnız Türk-Turan nəzəriyyəsi “Avropamərkəzçiliy”in irəli sürdüyü Hind-Avropa (Ari) mədəniyyətinə qarşı gerçək bir Türk-Turan mədəniyyəti, ya da Turan Sivilizasiyası ortaya qoya bilər.
Beləliklə, “Avropamərkəzçilər”in mümkün qədər indiki Azərbaycan və onun ətrafında yaşamış qədim yerli xalqları (kutilər, sular, subarlar, turukkilər, mannalılar) Türk/Turan etnik kimliyindən uzaq tutması, bunu əsaslandırmaq üçün də, “Ural-Altay Türk ailəsi” teorisini ortaya atmaları əvvəlcədən düşünülmüş addımlardır. Çünki türklərin əski vətəni “Ural-Altay” elan edilib oradan dünyaya yayıldığı iddia olunursa, o zaman “Turan-Türk dil ailəsi” nəzəriyyəsi diqqətdən kənarda qalır. Ona görə də, “Avropamərkəzçilər” heç bir elmi əsas olmadan iddia edirlər ki, Orta Asiya və Ön Asiyada əvvəlcə Arilər, yalnız onlardan çox sonra türklər məskunlaşmışlar. Onların fikrincə, m.ö. II minlliyin sonu – I minilliyin əvvəllərində Güney Rusiya çöllərindən çıxmış irandilli etnosların şimali-qərbi İran ərazisinə, o cümlədən Güney Azərbaycana gəlişlərindən sonra bölgənin etnik-dil mənzərəsi tədricən dəyişməyə başladı.[7] Guya, çox keçmədən Ön Asiyanın, o cümlədən Azərbaycanın türk olmayan yerli əhalisi – kutilər, lullubilər, hürrilər və başqaları irandilli tayfaların həm etnik, həm də dil baxımından assimilyasiyasına, yəni iranlılaşamağa məruz qalmışlar. [8] “Avropamərkəzçilər”in iddiasınca, Mannanın yerli əhalisinin “iranlılaşma”sındaöncə midiyalılar, parslar daha sonra m.ö. VIII-VII əsrlərdə Ön Asiyaya, o cümlədən Azərbaycana axın edən kimmerilər, iskitlər və saklar mühüm rol oynamışlar.[9]
Beləliklə, Qərb-Avropa mərkəzli ideoloqlar XX əsrdə, özəlliklə həmin əsrin ortalarından başlayaraq “dünya tarixşünaslığı”nda belə bir mülahizəni də elmi fikir olaraq ortaya atmışlar ki, Ön Asiyanın və Kiçik Asiyanın əski xalqlarının etnik mənşəyi əsasən naməlumdur ya da Hind-Avropa mənşəlidir, ancaq buraya ilk dəfə köç edən tayfalar isə birmənalı şəkildə hamısı hind-irandilli tayfalar (arilər, midiyalılar, parslar, əfqanlar, kimmerilər, iskitlər və b.) olmuşlar. Guya, həmin dövrdə yəni irandilli tayfaların, yəni arilərin Midiyada, İranda olduğu dönəmdə isə bu ərazilərdə, türkdilli tayfaların izi-tozu belə olmamışdır.[10] Çox yazıqlar olsun ki, müstəqillik dönəmində nəşr olunmuş 7 cildlik “Azərbaycan tarixi”ndə də bu antitürk nəzəriyyə davam etdirilmiş, yəni açıq-aşkar “Hind-Avropa” nəzəriyyəsi dəstəklənmişdir.[11] Bunu, akademik Nailə Vəlixanlı özünəməxsus şəkildə belə izah etmişdir ki, Azərbaycan xalqının yerli türk etnosları və qonşu ölkələrdən gəlib burada məskunlaşmış, türk dilində danışan digər tayfaları ilə qaynayıb-qarışmasından yaranması, bu anlamda da Azərbaycan türklərinin erkən dövrdən türk (prototürk, erkən türk) dilində danışması və heç bir başqa xalqdan dönməməsi mülahizəsi inandırcı görünsə də, lakin bu mülahizələr dünya tarixşünaslıq elmində qərarlaşa bilməmişlər.[12] Bütün bu mülahizələr “Avropamərkəzçilik” ideologiyasının maraqları çərçivəsində elmi dövriyyəyə buraxılmışdır ki, indi onu “dünya tarixşünaslığı tərəfindən qəbul edilmiş müddəa”[13] kimi qəbul etmək mənasızdır. Digər tərəfdən, Turanda, Azərbaycanda türklərin yerli olmasını sübut etmək üçün deyil, tam əksinə türklərin gəlmə olmasını ortaya qoymaq üçün sanballı dəlillərə ehtiyac vardır. Əgər bu məsələlərdə söhbət konkret tarixə, elmə hörmətdən və obyektivlikdən gedirsə, birincisi, “Azərbaycan tarixi” adlı kitablardan SSRİ dövründən qalma yad konsepsiyalar çıxarılmalı, yəni Azərbaycan xalqının etnik mənşəyi və dili məsələsinin yadelli alimlərin, tarixçilərin mülahizələrinə, fərziyyələrinə uyğun şəkildə “həll edilməsi”nə son verilməlidir. İkincisi, birdəfəlik anlamaq lazımdır ki, bu problem Quzey Azərbaycan Türk xalqı əsarət altında olduqda ortaya çıxarılıb daha sonra da “elmi həlli”ni tapmışdırsa, deməli, bu, birmənalı şəkildə saxta yolla, imperiya maraqlarına uyğun şəkildə baş vermişdir.
[1] Müller M. Lectures of the science of language. New York, 1862, s.198
[2] Hüseynzadə Əli bəy. Türklər kimdir və kimlərdən ibarətdir. Bakı, Mütərcim, 1997, s. 210-238
[3] Gökalp Ziya. Türk medeniyeti tarihi. Istanbul, Bilgeoğuz, 2013, s.27
[4] Süleymenov Oljas. Az-Ya. B.: Şərq-Qərb, 2007, s.199
[5] Süleymenov O. Az-Ya. B.: Şərq-Qərb, 2007, s.185
[6] Süleymenov O. Az-Ya. B.: Şərq-Qərb, 2007, s.202
[7] Azərbaycan tarixi. VII cilddə. I cild. Bakı, Elm, 2007, s.155; Qaşqay S. Manna dövləti. Bakı, Azərnəşr, 1993, s.35
[8] Azərbaycan tarixi. VII cilddə. I cild. Bakı, Elm, 2007, s.184
[9] Azərbaycan tarixi. VII cilddə. I cild. Bakı, Elm, 2007, s.281
[10] Azərbaycan tarixi. Üç cilddə. I cild. Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1958, s.63; Azərbaycan Sovet Ensklopediyası. 10 cilddə, VI cild. Bakı, Azərnəşr, 1982, s.549; ASE. 10 cilddə, I cild. Bakı, Azərnəşr, 1976, s.477
[11] Azərbaycan tarixi. VII cilddə, I cild. Bakı, Elm, 2007, s.287
[12] Azərbaycan tarixi. VII cilddə, II cild. Bakı, Elm, 2007, s.471-473
[13] Azərbaycan tarixi. VII cilddə, II cild. Bakı, Elm, 2007, s.472
DƏRVİŞİN ALTIİLLİK YOLU: NAĞILDAN SUALA, YADDAŞDAN İDRAKA…
Azərbaycan musiqisi xəzinəsinin inciləri Türkiyədə tapıldı
Türklər İslamı qəbul etdi… - Nə qazandı, nə itirdi?
Göy məscid Azərbaycan türklərinin İrəvandakı möhürüdür
Türk sivilizasiyasının qədim dövrü
Azərbaycan – Böyük Britaniya: strateji tərəfdaşlığın yeni mərhələsi
Qərbi Trakya türklərinin səsi: bir coğrafiyanın yaddaşı, bir dilin yaşama haqqı
ƏKBƏR QOŞALININ YENİ MƏQALƏSİ “YÜCE EREK”DƏ
Ulus yaddaşı, dövlətçilik fəlsəfəsi və Zəfərin ucaltdığı qürurumuz üzərinə bir neçə söz
ZƏFƏR TARİXİMİZ – Azərbaycan xalqının qürur, şərəf və qalibiyyət salnaməsi
SÖZÜN SADƏLİYİ, ŞEİRİN DƏRİNLİYİ…
Əhli-Təkləlilərin Cəvahirli/Məhsəti yurdundan Türküstana uzanan yollar
Keçmişdən gələcəyə doğru - Toplaşaq muzeylərə!
Altı şəhər diyarına – Altışlara yeni səyahət
İNAM ATA (ASİF ATA) - ŞEYX NƏSRULLAH ƏSARƏTİ
REKLAM SAHƏSİ
MANŞET XƏBƏRLƏRİ
Yanvarda kimlər hərbi xidmətə çağırılacaq, kimlər çağırılmayacaq?
Pərviz Şahbazova yeni vəzifə verldi
İtaliya XİN rəhbəri: Azərbaycan bizim üçün dost ölkədir, bu münasibətlər çox böyük uğur gətirəcək
Aparıcı ilə birgə həlak olan Anar məşhur iş adamının oğludur
TRIPP layihəsinə start verildi - Video
İtaliya İrandakı səfirliyinə yaradılan şəraitə görə Azərbaycana təşəkkür etdi
Türk sivilizasiyasının qədim dövrü
"Barselona" futbolçuları Bakıya gəldi - VİDEO
TRİPP başladı - İrandan SENSASİON REAKSİYA
Avropa Kiyevə çox pul verir, yoxsa Rusiyaya? - Statistika şok etdi
Krım əllərindən çıxır – Yollar od içində, maşınlar anındaca vurulur – VİDEO
Şəmkirdə parçalanmış meyit tapıldı
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - VİDEO
Rusiya ilə dost ola bilərik - Zelenski
İstanbul 15 saatdır, aslan axtarır - VİDEO
Rusiyalıların Avropaya girişinə tam qadağa qoyula bilər
NATO-dan Rusiyaya: "Sizin söz haqqınız yoxdur!"
Almaniyada ŞOK HADİSƏ: Mənzildən çoxlu cəsəd tapıldı
Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Məktəblərdə bomba həyəcanı: Polis araşdırma başlatdı
Melaniya Tramp fotolarını satışa çıxardı - Bir şəkil 150 dollar
Jensen Huang yenidən "Nvidia"nın baş direktoru təyin edildi
Bir kitabın fəlsəfəsi Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)
Polkovnik-leytenant “Bakı Bus”da sürücü işləyir – VİDEO
Mossadın keçmiş rəhbəri İrana yeni hücum çağırışı etdi
Azərbaycanda hər 6 aydan bir məcburi tibbi müayinə tətbiq oluna bilər? – AÇIQLAMA
Tehran Vaşinqtona xəbərdarlıq etdi: Bütün vasitələrdən istifadə olunacaq
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Belçikada uçuşlar dayandırıldı
Aparıcı Ada Süleymanın və iş adamının oğlu Anar Kərimovun öldüyü qəzanın təfərrüatı - Video
Tramp: İranla uzunmüddətli müqavilə bağlayacağam
Yanvarda kimlər hərbi xidmətə çağırılacaq, kimlər çağırılmayacaq?
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
İlham Əliyev Trampın təşəkkür mesajına CAVAB VERDİ
Pərviz Şahbazova yeni vəzifə verldi
Yardımlıda tutulan məmurların məhkəməsi BAŞLAYIR
Magistrallarda gizli təhlükə: Gecə sürücülər yolu necə görsün?
ABŞ limanları hədəf alındı: Təhlükə böyüyür
Nar Oyun Mərkəzində oyna, smartfon qazan!
Prezidentdən həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam
Azərbaycanda kartlardan 2 milyondan çox pul oğurlanıb
Ölkədə minlərlə iş yeri bağlanıb: Ən çox ixtisar hansı sektorda olub?
Ukrayna Liviyada iki Rusiya hərbi gəmisini vurdu
Bakıda məşhur şəxs 80 milyon manata mənzil aldı
Tramp: ABŞ Rusiya və Çin haqqında kəşfiyyat məlumatları toplayır
Çin casusluq iddiaları ilə bağlı iddiaları rədd etdi
TİBB dünyası ŞOKDA: Hər kəsi pişik kimi görür
Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!
Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - VİDEO
Ukrayna ordusu Rusiyaya girdi: canlı qüvvə məhv edildi - VİDEO
Vardanyanın arvadı Bakıya gəlmək istəyir – Bunları gətirir
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı - Foto/Video
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
“2 il stajı olanlara 23 il kapital hədiyyə olunacaq” - Nazirdən minimum pensiya ilə bağlı XOŞ XƏBƏR
Rusiya Azərbaycana güclü silah verməyə hazırlaşır – Şuqayev yeni hərbi planı açıqladı!
Türkiyədə Ərdoğana çağırış edildi - “Bakıya get”
Ərdoğanın Azərbaycan səfərinin detalları bəlli oldu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 24 Noyabr 2026 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















