Icma.az
close
up
RU
17 Noyabr xalqın milli ruhunun canlandığı tarixdir

17 Noyabr xalqın milli ruhunun canlandığı tarixdir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycançılıq ideyasının təbliği

1988-ci ilin noyabr-dekabr mitinqləri Azərbaycanın müstəqillik yolunu açdı



Müasir Azərbaycanın əbədi müstəqillik tarixində xalqımızın milli dirçəliş hərəkatının rolu danılmazdır. Ötən əsrin sonlarında baş qaldıran erməni separatçılarının Topxana meşəsində törətdikləri vəhşiliklər, daşnak tör-töküntülərinin Ağdamda iki azərbaycanlını qətlə yetirmələri xalqımız tərəfindən qəzəblə qarşılanıb.

İnsanların əsrlərdən bəri qoruyub saxladıqları milli ləyaqətinə toxunub, qəzəb hisslərini alovlandırıb. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss edib. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət alıb. Həmin ilin noyabr ayında yüz minlərlə insanın toplaşdığı Bakının Azadlıq meydanında səslənən tələblərin mahiyyəti dövrün tələbinə uyğun dəyişib, müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə, ictimai fikrə hakim olub. Həmin günlərdə baş verənlər göstərdi ki, xalqımız müstəqil olmağa, azad yaşamağa layiqdir və bu yolda qurbanlar verməyə hazırdır.

1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub. 

Bir sözlə,17 noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının azadlıq iradəsinin, milli kimliyinə sahib çıxmaq əzminin və müstəqillik yolunda göstərdiyi tarixi birliyin rəmzidir. Bu tarix Bakıda baş verən genişmiqyaslı xalq hərəkatı Sovet imperiyasının basqılarına qarşı qaldırılan qəti etiraz olmaqla yanaşı, milli özünüdərk prosesinin yeni mərhələsini başladıb. Həm də azərbaycançılıq ideyasının cəmiyyətimizdə möhkəmlənməsi, milli həmrəyliyin və dövlətçilik düşüncəsinin güclənməsi baxımından mühüm tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir. Azərbaycançılıq xalqımızın mədəni, mənəvi və tarixi köklərinə əsaslanan ümummilli ideya olaraq, müstəqilliyə aparan yolun ideoloji təməlini formalaşdırdı və bu gün də dövlətimizin inkişafında, milli birliyin qorunmasında aparıcı dəyər kimi yaşamaqdadır.

Qeyd edək ki, Moskvanın və ozamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub. Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.

Mübaliğəsiz deyə bilərik ki, 1988-ci ilin 17 Noyabr tarixində milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub. Bu yolda ölkəmiz böyük uğurlar əldə etdi, Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevrilib. Bu gün regionda yeni reallıq yaranıb. Bu reallığı isə beynəlxalq nüfuzu gündən-günə güclənən, Avropanın enerji təchizatında aparıcı aktora çevrilən və dünya dövlətləri üçün etibarlı tərəfdaşa çevrilən Azərbaycan yaradıb. 

Deputat Vüqar İskəndərov bildirib ki, 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycan xalqının milli oyanışının, milli ruhunun canlanmasının təzahürüdür: “Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda baş verən hadisələrdən qaynaqlanır. Bu məsələnin kökündə Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti dururdu.

XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəli Azərbaycanda baş verən hadisələri antisovet xalq hərəkatı adlandırmaq olar. Minlərlə insan 17 noyabr tarixində Azadlıq meydanına toplaşıb və uzunmünddətli mitinqlərə başlayırlar. Bu mitinqlər 1988-ci ilin 5 dekabrına qədər davam edir. Təbii ki, Milli Dirçəliş Günü milli azadlıq hərəkatının başlaması və xalqın azadlıq istəyi kimi qiymətləndirilir. Bu gün ölkəmizin istiqlaliyyət qazanmasına təsir edən amillərdən biridir. 17 noyabr mitinqlərinin tələbləri Azərbaycan hökumətinin Ermənistanla iqtisadi əlaqələrin kəsilməsi, Topxanada baş verən hadisələrin bütün şəffaflığı ilə Azərbaycan xalqına televiziya vasitəsilə çatdırılması idi. Ağdam şəhərinə qoyulan qadağanın 24 saat ərzində ləğv edilməsini tələb edən xalqımız həmçinin ozamankı "Dağlıq Qarabağ Muxtar vilayəti"ndə partiya və sovet orqanlarının buraxılmasını tələb edirdi. Çünki ermənilər orada separatçı addımlar atmağa başlamışdı. Bu irəli sürülən təkliflər yerinə yetirilmədiyi müddət ərzində xalqımız mitinqlərin davam edəcəyini bildiriblər. Bu hadisə bir növ xalqın oyanışı idi, xalq azadlıq hərəkatının başlanğıcıdır və insanların sovet hakimiyyətinə qarşı dirənişidir. Həmin illərdə Azərbaycan dünyada tanınırdı, dünyanın nüfuzlu orqanlarında xalq hərəkatı ilə bağlı məqalələr çap olunurdu. Bu onu deməyə əsas verir ki, bu tarix bizim üçün çox əhəmiyyətlidir. İnsanların müstəqil bir dövlət kimi yaşamaq istəməsinin başlanğıcıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Noyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri