Icma.az
close
up
RU
17 yaşlı qızı qaçıran ana və 2 oğlu məhkum edildi

17 yaşlı qızı qaçıran ana və 2 oğlu məhkum edildi

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib.

32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb. Həmin vaxt oğlan xaricdə olsa da, nişanlısı ilə telefonla danışıb. Dediyinə görə, qızın yetkinlik yaşına çatmadığından xəbəri olmayıb. Emin qardaşı Naib vasitəsilə Ayşənlə (şərti) tanış olub. Naib də elə Eminin nişanlısının bacısı ilə evlənmək üzrə olub.

Lakin sonradan iki qardaş və ana birləşib Ayşəni qaçırmaq qərarına gəliblər. Onlar qızı yolun kənarında zorla maşına oturdub Gədəbəydən Tovuza aparıblar.

Amma Ayşən oğlanın bu hərəkəti ilə razılaşmayıb, onu buraxmasını tələb edib. Qızın anasının polisə şikayətindən sonra o, evə qaytarılıb. Bu məsələdən sonra Ayşənin bacısı ilə digər qardaşın da münasibəti pozulub.

Polis əməkdaşları tərəfindən qardaşların ikisi də saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham verilib. Eyni maddə ilə ittiham olunan ana barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Ana və oğlanları məhkəmədə özlərini təqsirli biliblər. Emin ifadəsində nişanlısının 18 yaşı olduğunu polisdə öyrəndiyini, ondan niyə şikayət etdiyini isə hələ də bilmədiyini deyib.

Məhkəmə yekunda müttəhimləri adam oğurluğunda təqsirli bilib. Amma hakim hadisənin ilkin motivinin adam oğurluğu deyil, ailə qurma niyyəti ilə bağlı olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini yumşaldıcı hal hesab edib.

Hökmə əsasən, Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən də az cəza təyin etmə) maddəsi tətbiq edilməklə, Eminə 2, qardaşına 1 il 6 ay həbs cəzası verilib. Anaya isə sınaq müddəti seçilməklə 10 il şərti cəza təyin edilib.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Noyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri