17 yaşlı Türkanənin vəziyyəti ağırdır: Yaraları irinləyib, təcili müalicəyə başlamalıdır
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
17 yaşlı Türkanənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Dinar Allahverdiyeva məlumat verib.
O bildirib ki, övladı təcili əməliyyat olunmalıdır:
"Türkanənin 17 yaşı var. Onun yeddi yaşı olanda qulağının arxasında çürümə getdiyini öyrəndik. 10 yaşında bir dəfə, 16 yaşında ikinci dəfə, üç ay əvvəl isə üçüncü dəfə əməliyyat olundu. Hazırda onu bəzi müayinələrdən keçirməli və müalicələrinə başlamalıyıq. Amma maddi olaraq buna imkanımız çatmır. Müalicələri edə bilmədiyimiz üçün isə yaraları irinləyib, həkim bir az da gözləsək, onun yenidən əməliyyat oluna biləcəyini deyib".
Dinar Allahverdiyeva qızının müalicə və müayinəsi üçün hazırda 600 manata ehtiyacları olduğunu deyib:
"Mənim yoldaşım doqquz il əvvəl vəfat edib. Həmin gündən üç körpə balamla tək qalmışam. Özüm evlərə təmizliyə gedib balalarımı saxlayıram. Sizdən xahiş edirəm balama dəstək olun".
Ailə ilə əlaqə: (070) 621-52-92.
Kapital Bank: 4169 7388 5878 8155.
Baxış sayı:121
Bu xəbər 05 Aprel 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















