Icma.az
close
up
RU
17 yaşlı Zəhranın faciəsi TƏBİB niyə susdu?

17 yaşlı Zəhranın faciəsi TƏBİB niyə susdu?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İnsan həyatı və sağlamlığı ilə bağlı məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması dövlət qurumlarının əsas vəzifələrindən biridir. Xüsusilə baş vermiş bədbəxt, yol-nəqliyyat hadisələri zamanı yaralıların vəziyyəti barədə verilən rəsmi məlumatlar həm onların yaxınları, həm də cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Lakin ötən gün Bakı-Sumqayıt yolunda 17 yaşlı motosiklet sürücüsünün xəsarət alması ilə nəticələnən qəza ilə bağlı məlumat almaq cəhdimiz göstərdi ki, bəzi hallarda operativlik məsələsində ciddi suallar yaranır.

Halbuki, kommersiya sirri, dövlət sirri və ya şəxsi həyatın toxunulmazlığı ilə bağlı məsələlər istisna olmaqla, yol-nəqliyyat hadisələri və insan tələfatı kimi hallarda məlumatın ictimaiyyətə vaxtında çatdırılması şəffaflığın və etimadın tələbidir.

Qəza ilə bağlı ilk məlumatı məhz Modern.az verdi. Hadisə yerində olan şahidələrin verdiyi məlumatda xəsarət almış motosikletçi xanımın yaralı halda Abşeron Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilmişdi. Yaralının son durumu barədə məlumat əldə etmək üçün TƏBİB-ə sorğu ünvanladıq. Sorğuya baxılsa da, saatlar keçməsinə baxmayaraq cavab təqdim olunmadı. Bu müddətdə xəsarət alan şəxsin yaxınlarından biri sosial şəbəkə üzərindən bizimlə əlaqə saxlayaraq saytımızda hadisə ilə bağlı xəbəri oxuduğunu, yaralının durumu ilə bağlı sorğuya cavab verilib-verilmədiyi ilə maraqlandı. TƏBİB-lə saat 18:00-da yenidən əlaqə saxlasaq da, qurumdan bildirildi ki, sorğu iş saatları ərzində cavablandırılacaq.

Vəziyyətin insan həyatı ilə bağlı olduğunu diqqətə çatdırsaq da, qurumdan "Təcili məsələ deyil, sabah cavablandırılacaq. Bəzən hadisədən əvvəlcədən xəbərdar oluruq və cavab dərhal göndərilir. Lakin qeyri-iş saatlarında operativ cavablandırmaq hər zaman mümkün olmur. Çox böyük hadisələrdə saatdan və gündən asılı olmayaraq sorğular cavablandırılır", - deyə geridönüş edildi.

Qurumun cavabından bir müddət sonra isə xəsarət alan şəxsin yaxını saytımıza 17 yaşlı qızın hadisə yerində həyatını itirdiyini bildirib. Həyatını itirən şəxsin tanınmış vəkil, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin qızı Zəhra Mehdiyeva olduğu açıqlandı.

Bu gün sorğumuza cavab olaraq TƏBİB-dən verilən rəsmi məlumatda isə qeyd olunub ki, hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.

Əslində, bu məqamda məsələnin mahiyyəti yalnız sorğunun nə vaxt cavablandırılmasında deyil. Burada söhbət insan həyatı ilə bağlı hadisələr zamanı operativ məlumat mübadiləsinin nə dərəcədə effektiv təşkil olunmasından gedir. Çünki media mənsubları olaraq belə hallarda ictimaiyyəti dəqiq məlumatlandırmaq, müxtəlif iddiaların və qeyri-rəsmi məlumatların yayılmasının qarşısını almaq üçün məhz aidiyyəti qurumların mövqeyinə ehtiyac duyuruq.

TƏBİB isə səhiyyə xidmətini həyata keçirən, insanların sağlamlığı və həyatı ilə bağlı məsələlərə cavabdeh olan qurumdur. Bu baxımdan ağır qəza, ölüm və ya ağır xəsarətlə nəticələnən hadisələr zamanı ictimaiyyətin məlumatlandırılması məsələsinə daha həssas və operativ yanaşılmalıdır. Hadisə ilə bağlı məlumat almaq cəhdimiz göstərdi ki, bəzi hallarda operativ kommunikasiya sahəsində hələ də boşluqlar qalır. Bu dəfə isə əfsuslar olsun ki, TƏBİB həm medianı, həm də ictimaiyyəti gözlədiyi operativ məlumatla təmin edə bilmədi.

Modern.az olaraq inanırıq ki, TƏBİB və digər aidiyyəti qurumlar bu istiqamətdə kommunikasiya mexanizmlərini daha da təkmilləşdirəcək, gələcəkdə oxşar hallarda operativlik və şəffaflığı tam təmin edəcək.

Redaksiyamız adından qəzada həyatını itirən Zəhra Mehdiyevaya isə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyun 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri