Icma.az
close
up
RU
Leyla Əliyeva ICESCO nun Baş direktoru ilə Fotolar

Leyla Əliyeva ICESCO nun Baş direktoru ilə Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Fondun İslam dünyasında və digər ölkələrdə təhsil, sosial dəstək sahələrində həyata keçirdiyi layihələrə görə 2025-ci ildə “Həmdan-ICESCO” mükafatına layiq görüldüyü xatırlanıb. Eyni zamanda, Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsil və sosial sahələrə hər zaman önəm verdiyi qeyd olunub.

Bu baxımdan Heydər Əliyev Fondu ilə ICESCO arasında mədəniyyət, elm, təhsil və yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsini, birgə layihələrin icrasını nəzərdə tutan memorandumun, o cümlədən Burkina-Faso və Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində layihələrə dair 2025-ci ildə imzalanmış sazişin əhəmiyyəti vurğulanıb.

Görüşdən sonra Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair saziş imzalanıb. Saziş bir sıra mühüm layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu layihələrdən biri “Natəvan Mədəni İrs Mükafatı”nın (Natavan Heritage Excellence Award) növbəti təqdimatının keçirilməsi ilə bağlıdır. Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi “Natəvan Mədəni İrs Mükafatı” maddi irsin qorunması və idarə edilməsi sahəsində qabaqcıl təcrübəni bölüşmək, təşviq etmək məqsədi daşıyır.

Yeni saziş üzrə əməkdaşlığın digər istiqaməti “Qərbi Afrikada mədəniyyət və inkişaf vasitəsilə sülh” adlı regional layihənin həyata keçirilməsidir. Toqo, Burkina-Faso, Niger, Benin və Kot-d’İvuarı əhatə edəcək layihə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, mədəni irsin qorunması, institusional və peşəkar potensialın gücləndirilməsi, habelə gənclərin və qadınların proseslərə fəal cəlb olunmasına yönələcək.

Həmçinin 2025-ci ildə Bakıda təqdimatı olmuş İslam dünyasında süni intellekt indeksinin (AI Index) davam etdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə əldə olunan nəticələrin müzakirəsi və İslam dünyası ölkələri arasında süni intellekt sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə nazirlər səviyyəsində görüşün keçirilməsi planlaşdırılır.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Oktyabr 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri