Yollarda şou göstərən sürücünün cəzası ağır oldu
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərin həyatını təhlükəyə atan daha bir avtoxuliqan həbs edilib.
“Yeni Sabah” xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları “VAZ-2107” markalı, 90-KK-071 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Rüfət Mustafazadəni saxlayıblar.
Araşdırma zamanı sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaratdığı müəyyən edilib. İnternet mağaza
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Rüfət Mustafazadə 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 20 Noyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















