Icma.az
close
up
RU
18 ay sonra Bakıda tıxaclar bitirəcək?

18 ay sonra Bakıda tıxaclar bitirəcək?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhərində sərnişin sıxlığının azaldılması və metro xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə metropoliten xətlərinin ayrılması ilə bağlı mühüm bir infrastruktur layihəsinə start verilir. 

Tikinti işlərinin 2025-ci ilin sonunda başlaması və təxminən 11 ay davam etməsi planlaşdırılır. İlk olaraq "Dərnəgül" elektrik deposunun tikintisinə start verilib. Bu depo yaşıl xəttin müstəqil texniki təminatını, digər xətlərdən tam ayrılaraq müstəqil fəaliyyət göstərməsini və qatarların gecələməsini təmin edəcək.Depo tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra növbəti əsas mərhələyə - "Cəfər Cabbarlı" və "Nizami" stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunacaq, əlavə 200 metrlik yeni tunel tikilərək "Nizami" stansiyasını birbaşa "Cəfər Cabbarlı" stansiyası ilə birləşdirəcək. Bununla da yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq.

Birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır. İşlərin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılması üçün bütün texniki resurslar səfərbər ediləcək.Bundan başqa, layihə çərçivəsində bu işlərə paralel şəkildə sərnişinlərin rahat keçidi üçün "28 May" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirəcək əlavə keçid tunelinin tikintisi də planlaşdırılır.

Sərnişinlərin minimum narahatlıqla bu dövrü keçməsi üçün Bakı Metropoliteni və aidiyyəti dövlət qurumları birgə fəaliyyət göstərəcək. Hazırda ekspress avtobus marşrutlarının təşkili istiqamətində hazırlıq işləri aparılır və bu barədə ictimaiyyətə vaxtında məlumat veriləcək. Bu dəyişikliklər Bakı şəhərinin illərlə müzakirə olunan tıxac problemini həll edə biləcəkmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bununla metronun özündə olan sıxlıq yavaş-yavaş aradan qaldırılacaq: 

“Bakı metropolitenində yeni stansiyaların, tunellərin və depoların tikilməsinin əsas məqsədi metronun texniki imkanlarını artırmaqdır. Metronun texniki imkanları artdıqca, bu, daha keyfiyyətli xidmətin göstərilməsi deməkdir. Belə ki, qatarlar arasında intervallar azalacaq, daha çox sərnişin daşımaq mümkün olacaq. Metronun özündə müşahidə olunan sıxlığın da tədricən aradan qalxacağını düşünürəm”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: tıxaclar Bakı 18 ay Eldəniz Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Aprel 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri