Nizami kinoteatrına qraffiti çəkənin məhkəməsi başladı
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Ağır Cinayətlər Məhkəməsində Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadinin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxslərə onların hüquq və vəzifələri izah olunub.
Qısa müşavirədən sonra məhkəmə tərkibi baxış iclasının 9 dekabra təyin olunduğunu elan edib.
İttihama görə, Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadin barəsində Cinayət Məcəlləsinin 246.4.3-cü ( Mədəni sərvətləri qəsdən korlama və ya məhv etmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, bu ilin aprelin 1-dən 2-nə keçən gecə Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Əməli törədən Ardeshir Seyfpour Saad Abadi olduğu müəyyənləşib. O, 2006-cı ildə İranda anadan olub və 2024-cü ilin sentayabrın 1-dən Azərbaycanda yaşayır, ADA Universitetinin II kurs tələbəsi olub.
Bundan əlavə onunla birlikdə həmin əməli törətməkdə daha 3 məkətəblinin də olması müəyyən edilib.
Bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi M.Bərxudayevaı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi L. Muradi və 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Ş. Qaraşlıdır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Noyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















