Zakir Fərəcov 17 ci mikrorayonda sakinlərlə görüşdü
Icma.az bildirir, Axar.az portalına istinadən.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 17-ci mikrorayonda sakinlərlə növbəti səyyar qəbul keçirib.
Axar.az xəbər verir ki, qəbulda Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, eləcə də sakinlər iştirak ediblər.
Görüş zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlər əsasən mənzil-kommunal təsərrüfatı, sosial-məişət şəraiti, məşğulluq, ərazilərin abadlaşdırılması və infrastruktur məsələləri ilə bağlı olub.
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Əlavə araşdırma tələb edən müraciətlərin nəzarətdə saxlanılması və nəticələri barədə vətəndaşların məlumatlandırılması tapşırılıb.
Qəbulda, həmçinin Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, kommunal və yol-nəqliyyat infrastrukturunun inkişafı, yaşayış məhəllələrinin şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Sakinlər müraciətlərinin dinlənilməsinə və qaldırdıqları məsələlərə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaşlarla birbaşa ünsiyyətin genişləndirilməsi və yerli problemlərin operativ həlli məqsədilə səyyar qəbullar mütəmadi olaraq təşkil olunur.
Baxış sayı:87
Bu xəbər 27 Noyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















