18 il sonra açılan cinayət namus üstündə törədilibmiş... ŞOK HADİSƏ
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Antalyada 2006-cı ildə itkin düşən Ayhan Ağgedikin öldürüldüyü 17 il sonra məlum olub.
News24.az xəbər verir ki, 2023-cü ilin noyabrında Manavgat Prokurorluğuna daxil olan məlumat əsasında yenidən araşdırılan işdə Ağgedikin arvadından ayrılmaq istədiyi üçün qayınatası və qayını tərəfindən 40 min TL qarşılığında tutulan killer tərəfindən qətlə yetirildiyi ortaya çıxıb.
İstintaq zamanı 2013-cü ildə Aksazda tapılmış və torpağa qismən gömülmüş insan qalıqlarının Ayhan Ağgedikə aid olduğu DNA analizləri ilə təsdiqlənib. Hadisəyə görə saxlanılan üç nəfərdən ikisi ömürlük, biri isə 20 il həbs cəzası alıb.
Bu şokedici cinayət uzun illər gizli qalsa da, yeni sübutlar və texnologiya sayəsində aydınlaşdırılıb.
Aqil Qarayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 06 İyun 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















