Icma.az
close
up
RU
Boşanmalar nə övlad üstündə, nə namus üstündə baş verir MÜNASİBƏT BİLDİRİLDİ

Boşanmalar nə övlad üstündə, nə namus üstündə baş verir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Ailə büdcəsinin idarə edilməsi əslində ailə münasibətlərinə ən böyük istiqamətlərdən biridir. Subay insanın özünü dolandırmaq üçün qazancı yetərlidir, amma kimsə ailə məsuliyyətini dərk edib nikaha daxil olubsa, nəzərə almalıdır ki, ailə 2-3-4 nəfərdən ibarət ola bilər. Yaşlandıqca baba, nənə, qohum-əqrəbaya da kömək etmək lazımdır. Ona görə də, ailə həm də çox böyük iqtisadi modeldir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, yaxşı olar ki, ailənin hər iki tərəfi, övladlar bu məsuliyyəti dərk etsin, ailəni kiçik dövlət kimi qəbul etsinlər: "Vaxtında dərs oxusunlar, məktəbə getsinlər, məsuliyyətli olsunlar, qazanc əldə etsinlər. Əgər bu qazanc bərabərhüquqludursa, sözsüz ki, ailənin büdcəsini kollektiv şəkildə idarə etmək düzgün olar. Amma bu da həmişə mümkün olmur. Çünki Azərbaycan ailəsində əvvəllər daha çox kişilər, indi isə qadınlar qazanc əldə edirlər. Bu zaman qazanan insan az, ümumiyyətlə, qazanmayan ailə üzvündən daha ağıllı, çevikdir. Ona görə də, ailə büdcəsini evə daha çox gəlir gətirən insan müəyyənləşdirməli, idarə etməlidir. Bəzən ailələrimiz ona görə böhran içinə düşür, boşanma ilə nəticələnir ki, iqtisadi cəhətdən bilgiləri olan, bunu real tətbiq edən, pul qazanan ailə başçısı kənarda qalır, pulu qazancın çətinliyini bilməyən və pulun fəlsəfəsini anlamayan digər nəfər qazancı sağa-sola xərcləməyə başlayır. Ümumiyyətlə, havayı pul xərcləmək asandır, nəinki çətinliklə qazanılmış pul. Bu da ailədə böyük problemlərə gətirib çıxarır.

Bizdə isə tamam fərqli düşüncə tərzi formalaşıb. Əgər ailə başçısı atadırsa, mütləq o, çöldə işləməlidir, gərgin əməklə məşğul olmalıdır, gətirdiyini yoldaşına hesabat verməlidir. Həyat yoldaşı da özü üçün cürbəcür qızıl-zinət əşyaları, hər toya bir paltar almalı, rəfiqələri ilə gəzməyə getməlidir, uşaqların təhsil haqqından tutmuş ailənin məişət və sosial xidmətlər haqqına qədər hər şey qazanc gətirən (keçmişdə kişinin, indi isə daha çox qadınların) insanın üstünə düşür. Bu baxımdan ailələrdə münaqişələr baş verir, boşanmaların böyük əksəriyyəti həm də iqtisadi zəmindən yaranır. Boşanmalar nə övlad üstündə, nə namus üstündə baş verir, daha çox aliment almaq, əldə edilmiş varidatı bölmək üstündə yaşanır. Bu da bizim ailə büdcəmizin və ailə büdcəsinin idarə edilməsi ilə bağlı baxışlarımızı özündə əks etdirir.

Artıq belə kobud münasibətlərə son qoymaq lazımdır. İnsanlar anlamalıdır ki, ailə müqəddəs ocaq olmaqla yanaşı həm də iqtisadi təsisatdır. İnsanlar ümumin mənafeyi naminə qazanclarını bölüşməyə çalışmalıdırlar. Amma ən önəmli qərarın daha çox ailəyə qazanc gətirən insan tərəfindən verilməsi vacibdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyun 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri