Icma.az
close
up
RU
185 milyon dollara çəkildi, ilk həftədə 118 milyon dollar gəlir gətirdi

185 milyon dollara çəkildi, ilk həftədə 118 milyon dollar gəlir gətirdi

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Marvel" pərəstişkarlarının uzun müddətdir gözlədiyi an gəlib: "The Fantastic Four: First Steps" adlı yeni film nəhayət vizyona girib və ilk həftəsində 118 milyon dollar gəlir əldə edərək böyük bir uğura imza atıb. Bu nəticə təkcə gözləntiləri doğrultmaqla kifayətlənməyib, həm də 2025-ci ilin ən güclü "Marvel" açılışı olub.

Qayanrinfo xəbər verir ki, filmin istehsal büdcəsi 185 milyon dollar olaraq açıqlanıb və bu qədər yüksək investisiyanın qısa zamanda geri dönməsi, "Marvel"in "franchise yorğunluğu" ilə mübarizədə yeni strategiyasının işə yaradığına işarə edir.

"The Fantastic Four: First Steps" filmini digərlərindən fərqləndirən əsas cəhət, Marvel Kinematoqrafik Kainatı (MCU) ilə sıx əlaqəli olmamasıdır. "Fandango" analitik direktoru Şon Robbinzin də qeyd etdiyi kimi, film əvvəlki hekayələri bilməyi tələb etmir - bu isə həm sadiq izləyiciləri, həm də sadəcə maraqlı olan tamaşaçıları kinoteatrlara cəlb etmək üçün uğurlu addımdır.

Bu strategiya, son illərdə "Disney+" platformasında yayımlanan çoxsaylı serialların və mürəkkəb süjet xətlərinin gətirdiyi "franchise yorğunluğunu" qismən aradan qaldırmaq məqsədi daşıyır.

Xatırladaq ki, bu komanda sonuncu dəfə 2015-ci ildəki "Fantastic Four" filmi ilə uğursuzluq yaşamış və kəskin tənqidlərə məruz qalmışdı. Bu səbəbdən yeni layihə, həm "Marvel", həm də tamaşaçılar üçün bir etibar bərpa missiyası olub. Nəticələr göstərir ki, bu missiya uğurla yerinə yetirilib.

Hazırda "Marvel"in "Fantastik Dördlü" filmi zirvədə olsa da, DC də yeni "Superman" filmi ilə diqqət çəkməyi bacarıb – açılışda 25 milyon dollar gəlir. Hər iki böyük komiks nəhənginin eyni vaxtda güclü layihələrlə çıxış etməsi, sənayenin rəqabət mühitini canlandırır və həm "Marvel", həm də DC üçün uğurlu paralel dövrün mümkünlüyünü göstərir.

"Fandango"dan Şon Robbinzin sözlərinə görə, MCU və DCU filmlərinin eyni vaxtda uğurlu olması daha əvvəl bu qədər açıq yaşanmamışdı.

"Comscore" analitiki Pol Derqarabedian deyir: "Süperqəhrəman filmlərinin sıradan çıxması, ümumilikdə kino sənayesi üçün dağıdıcı ola bilər".

"Marvel"in bu yeni müstəqil yanaşması, qarşıdakı "Thunderbolts", "Captain America: Brave New World" kimi layihələr üçün də bir yol xəritəsi ola bilər. "The Fantastic Four: First Steps" bu baxımdan yalnız bir film deyil, yeni dövrün başlanğıcı ola bilər.

"Marvel" üçün bu film sadəcə bir "geri dönüş" deyil – həm də daha geniş auditoriyaya xitab etmək və öz brendini yenidən kəşf etmək üçün uğurlu bir başlanğıcdır. Gələcəkdə bu yanaşmanın davamı gəlsə, Marvel-in ikinci "qızıl dövrünə" qədəm qoyduğunu görə bilərik.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 İyul 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri