Icma.az
close
up
RU
19 cu sanksiyalar paketi...

19 cu sanksiyalar paketi...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanı sülhə məcbur etmək mümkün olacaqmı?

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul ediblər. Qeyd edək ki, bu istiqamətdə işlərə hələ iyul ayında - 18-ci sanksiyalar paketi təsdiqləndikdən dərhal sonra başlanmışdı. O zaman Avropa İttifaqı “yarımçıq tədbirlərlə kifayətlənməyəcəyini” bəyan etmişdi. Brüssel hesab edir ki, Rusiyanın işğalçı siyasətini dayandırmaq üçün sanksiyaları daha da gücləndirmək lazımdır.

18-ci paketdən sonra...

Xatırladaq ki, 18-ci sanksiyalar paketinin qəbulu asan başa gəlməmişdi. Çünki bu paket Slovakiyanın razılıq verməməsi səbəbindən qəbul edilə bilmirdi. Slovakiya sanksiyalara razılıq vermək üçün Avropa Komissiyasının Rusiya qazına idxal qadağası planı nəticəsində iqtisadi zərər yaranacağı təqdirdə, bunun kompensasiya olunmasına dair vəd tələb edirdi. Daxili müzakirələrdən sonra Slovakiya yeni sanksiyaların təsdiqlənməsinə yaşıl işıq yandırdı. Avropa İttifaqının  Rusiyaya qarşı yeni sanksiyalarının qəbul edilməsini ləngidən Slovakiya “güzəştlər”dən sonra buna razılıq verib. Bildirilirdi ki, Slovakiyanın vetosu sanksiyalar paketinin qəbul edilməsini ləngidirdi, lakin sonradan Bratislavanı əmin ediblər ki, Rusiya qazının idxalına tam qadağa planı yeni sanksiyalar paketinə uyğun şəkildə həyata keçirilərsə, o, ağır iqtisadi və maliyyə nəticələrindən narahat olmaya bilər.

18-ci sanksiya paketinə “kölgə donanmasının” daha 105 gəmisi, onların köməkçi vasitələri daxil edilib və Rusiya banklarının maliyyələşməyə çıxışı məhdudlaşdırılıb. Həmçinin Avropa İttifaqı  sanksiyalardan yan keçməyə görə daha 26 şirkəti məhdudlaşdırıcı tədbirlər siyahısına daxil emişdi. Onlardan 11 şirkət Rusiya xaricində yerləşir: Çində 7, Honkonqda 3 və Türkiyədə 4 şirkət, həmçinin Hindistanda Rusiyaya məxsus neft emalı zavodu buraya daxildir. Bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi üçün tədarük həyata keçirməkdə şübhəli bilinib.

19-cu sanksiyalar paketində nələr var?

Qeyd edək ki, 19-cu sanksiyalar paketinin qəbulu da asan olmayıb. Çünki Aİ daxilində həmin məhdudlaşdırıcı tədbirlərin qəbul olunmasına bir sıra müqavimətlər var idi. Narazılar hesab edirdilər ki, bu sanksiyalar Aİ ölkələrinə də mənfi təsir göstərə bilər. Buna baxmayaraq, ittifaq daxilində konsesusa gəlmək mümkün olub.  Avropa İttifaqının 19-cu sanksiyalar paketi üzv ölkələrə Rusiyadan maye qaz idxalını qadağan edir. “Reuters” agentliyinin məlumatına görə, yeni sanksiyalar paketi, həmçinin Rusiya diplomatlarının Avropa İttifaqı ölkələri ərazisində hərəkətinə məhdudiyyətlərin tətbiqini də nəzərdə tutur. Qadağanın mərhələli şəkildə həyata keçiriləcəyi bildirilir. Qısamüddətli müqavilələr üçün 6 aylıq keçid dövrü müəyyən edilib. Uzunmüddətli müqavilələr üzrə qadağa isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Sanksiya siyahısına “kölgə donanması”nın daha 117 tankeri daxil edilib, bununla da sanksiya altında olan gəmilərin ümumi sayı 558-ə çatır. “Maliyyə” blokuna qarşı məhdudlaşdırıcı tədbirlər aşağıdakıları əhatə edir: Rusiya tərəfindən istifadə olunan təyyarə və gəmilərin üçüncü ölkəyə satıldıqdan sonra ilk 5 il ərzində sığortalanmasının qadağan edilməsi; beş Rusiya bankı ilə əməliyyatlara tam qadağa qoyulması və elektron ödəniş sistemlərinə, xüsusilə “Mir” sisteminə mövcud qadağanın, eləcə də Belarus və Qazaxıstandakı daha dörd banka qarşı sanksiyaların genişləndirilməsi. Bundan başqa, Avropa operatorlarının Rusiyada turizmlə bağlı xidmətlər göstərməsinə qadağa qoyulacaq.

ABŞ “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib

Diqqətçəkən məqam Aİ ilə yanaşı, ABŞ-ın da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsidir. Belə ki, Vaşinqton Rusiyanın iki ən böyük neft şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, yeni sanksiyalara  “Rosneft” və “Lukoyl” neft şirkətləri məruz qalıb. “ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyanın Ukraynadakı müharibənin sülh yolu ilə başa çatdırılması prosesinə ciddi sadiqlik göstərməməsi səbəbindən əlavə sanksiyalar tətbiq edir”, - deyə Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunub.

Həmçinin “Lukoyl”un 6 törəmə şirkəti, xüsusilə “Lukoyl-Zapadnaya Sibir” və “Lukoyl-Kaliningradmorneft” də sanksiyalar siyahısına daxil edilib. Siyahılarda təxminən 30 törəmə şirkəti olan “Rosneft”in “Sibneftegaz”, “Rospaninterneşnl”, “RN-Purneftegaz” kimi şirkətləri də sanksiyalar siyahısına düşüb. ABŞ Maliyyə Nazirliyi açıqlamada “50 faiz qaydası”nı xatırladıb. Belə ki, “SDN List”də adıçəkilən şirkətlərin bütün törəmə şirkətləri, hətta “qara siyahı”da birbaşa adları çəkilməsə belə, sanksiya altında hesab olunur.

Rütte ilə görüşdən sonra...

Məsələyə ABŞ Prezidenti Donald Tramp da münasibət bildirib. Trampın sözlərinə görə, o, “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyaların tətbiqi barədə qərar verməzdən əvvəl uzun müddət gözləyib. ABŞ lideri bu barədə NATO-nun Baş katibi Mark Rütte ilə görüşdən sonra Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb. “Sadəcə, vaxtın gəldiyini düşündüm. Uzun müddət gözlədim”, - deyə o qeyd edib.

Amerika lideri Qəzza sektorunda münaqişənin dayandırılması barədə razılaşmalar əldə edilənə qədər Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını gözlədiyini vurğulayıb. Tramp,  həmçinin bir daha 8 münaqişəni dayandıra bildiyini deyib: “Bütün bu müharibələr ki, mən onlarla bacardım. Bir müharibə qalıb və bu, doqquz olacaq. Mən düşünürəm ki, biz bunu da bacaracağıq”.

Qeyd edək ki, bütövlükdə, sanksiyaların genişlənməsi Rusiya iqtisadiyyatına ciddi zərbə vurmaqdadır. Qərb bu yolla Moskvanı sülhə məcbur edəcəyini düşünsə də, proseslər bunun hələ ki, real olmadığını göstərir. 

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Oktyabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri