Icma.az
close
up
RU
Bu torpağa bir daha yad ayağı dəyməyəcək

Bu torpağa bir daha yad ayağı dəyməyəcək

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kəlbəcərin işğal təhlükəsi rayon əhalisi üçün gözlənilməz hadisə deyildi. Sakinlər yaranmış vəziyyətin nə ilə nəticələnə biləcəyini aydın görür, doğma torpaqlarının müdafiəsi ilə bağlı ciddi narahatlıq keçirirdilər. Lakin təəssüf ki, o dövrün hakimiyyəti bu təhlükənin qarşısını almaq, Kəlbəcərin müdafiəsini təşkil etmək və əhalinin təhlükəsizliyini qorumaq istiqamətində üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmədi. Hakimiyyət daxilindəki çəkişmələr, ordudakı pərakəndəlik və məsuliyyət hissinin arxa plana keçməsi faciənin qarşısını almaq imkanlarını getdikcə zəiflətdi. Bunun ağır nəticəsi olaraq 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Kəlbəcərdə törədilən talanlar, dinc əhaliyə qarşı zorakılıqlar və qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olundu. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasız qalması isə beynəlxalq qərarların kağız üzərində qalmasının bariz nümunəsi oldu. Bütün bunlar Ermənistanın işğal siyasətinin ağır nəticələrini, beynəlxalq hüququn tələblərinə etinasız münasibətini və bölgədə sülhün təmin olunmasına vurduğu zərəri aydın şəkildə ortaya qoydu.

Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, uzun müddət işğal altında qalan strateji əhəmiyyətli Kəlbəcərin və digər torpaqlarımızın azad olunması, bölgədə Azərbaycanın suverenliyinin tam bərpası istiqamətində ölkəmizin apardığı sülh danışıqları Ermənistan siyasi hakimiyyətinin qeyri-konstruktiv mövqeyi, üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi səbəbindən nəticəsiz qaldı. Ermənistanın siyasi hakimiyyətinin qəbuledilməz davranışları, cəbhə xətti boyunca genişmiqyaslı hücuma keçməsi artıq səbr həddini aşan və bölgədə hərbi qarşıdurmanı qaçılmaz edən addımlar idi. Azərbaycan Ordusunun düşmənin hərbi təxribatlarına cavab zərbələri Vətən müharibəsinin başlanmasına gətirib çıxardı. 

44 gün davam edən müharibə Ermənistanın işğalçı ordusunun ağır məğlubiyyəti, Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi ədalətin zəfəri ilə nəticələndi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin döyüş meydanında qazandığı qələbələr Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Düşmən ağ bayraq qaldıraraq təslim olduğunu bəyan etdi. Ermənistanın məğlubiyyətini rəsmiləşdirən üçtərəfli Bəyanata əsasən Ağdam, Laçın və Kəlbəcər rayonları tarixi sahiblərinə qaytarıldı. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və diplomatik məharəti nəticəsində Kəlbəcərin azad edilməsi mümkün oldu. Ağır məğlubiyyətlə üzləşən Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək işğal altında saxladığı əraziləri boşaltmağa məcbur qaldı. 44 günlük müharibənin hərbi nəticələri və Prezident İlham Əliyevin siyasi qətiyyəti Kəlbəcərin dövlətimizin suveren idarəçiliyinə qaytarılmasını təmin etdi. Unudulmaz qələbənin davamı olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Prezident İlham Əliyevin Vətən qarşısında tarixi xidmətləri nəticəsində ölkəmiz uzun illər xalqımızın qəlbində ağır ağrıya çevrilmiş torpaq həsrətinə son qoyaraq doğma yurdlarına qovuşdu. Kəlbəcərin azadlığı xalqımızın tarixi yaddaşında Zəfər salnaməsinin əbədi səhifələrindən biri kimi öz yerini tutdu.

İşğaldan sonra talançılığın fonunda xarabalığa məruz qalmış Kəlbəcər quruculuq meydanına çevrildi. Şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Kəlbəcərin gələcək inkişafının möhkəm təməlini formalaşdırdı. Müasir şəhərsalma prinsipləri əsasında hazırlanan Baş Plan yaşayış məntəqələrinin, sosial obyektlərin, yol və kommunal infrastrukturun vahid inkişaf istiqamətlərini müəyyənləşdirdi. Qısa müddətdə qarşıya qoyulan məqsədlər istiqamətində mühüm nəticələr əldə olundu, Kəlbəcərdə sakinlərin rahat yaşayışı, sosial rifahı və təhlükəsizliyi üçün hərtərəfli şərait yaradıldı. Bu quruculuq prosesi doğma yurda qayıdan ailələrin yeni həyatının başlanğıcını təmin etməklə yanaşı bölgənin iqtisadi və sosial inkişafına da geniş imkanlar açdı.

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin liderliyinin yaratdığı xoşbəxtliklə bu gün kəlbəcərlilər doğma yurdlarında yenidən məskunlaşır, illərlə həsrətində olduqları şəhərdə salınan yeni yaşayış məhəllələri, parklar, sosial obyektlər və müasir infrastruktur insanların rahat yaşayışına xidmət edir. Kəlbəcərin səmasında dalğalanan üçrəngli bayrağımız bu torpağın əbədi sahibinin kim olduğunu bütün dünyaya göstərir. Bu gözəl yurd yerimizə bir daha yad ayağı dəyməyəcək. Dövlətimizin qüdrəti, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və həyata keçirdiyi siyasət Kəlbəcərin təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasının, gələcək nəsillərə əbədi olaraq Azərbaycan torpağı kimi miras qalmasının əsas təminatıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see311

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see289

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see278

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see278

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see259

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see257

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see240

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see238

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see236

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see235

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see231

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see226

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see224

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see223

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see221

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see216

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see210

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri