Məleykə Abbaszadədən böyük kadr dəyişikliyi: Nə olacaq?
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin vəzifəsinin icrasına başlamasından sonra universitetdə mümkün kadr və struktur dəyişiklikləri, eləcə də yeni rəhbərliyin atacağı ilk addımlar maraq doğurur.
“Yeni Sabah” xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, Məleykə Abbaszadə bir neçə gün əvvəl vəzifəsinin icrasına başlayıb və hazırda universitetin fəaliyyəti ilə tanış olur.
“Hazırda rektor universitetin fəaliyyəti ilə tanış olur. Rektorun fəaliyyəti və qəbul etdiyi qərarlar barədə məlumatlar BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi tərəfindən universitetin rəsmi kanallarında yayımlanır”, – deyə universitetdən əlavə edilib. Elektronika məhsulları
Qeyd edək ki, Məleykə Abbaszadənin rektor təyin olunmasından sonra BDU-da mümkün kadr dəyişiklikləri ilə bağlı müxtəlif məlumatlar yayılıb. Bir neçə gün əvvəl bəzi KİV-lərdə onun rektor köməkçisi Nərmin Heydərlinin vəzifəsindən azad edilməsi barədə xəbərlər dərc olunub. Lakin universitet bu məlumatları təkzib edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 19-da imzaladığı sərəncamla Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Noyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















