Icma.az
close
up
RU
Külək səngiyir, bəs qış necə keçəcək? Dekabrın hava proqnozu açıqlandı

Külək səngiyir, bəs qış necə keçəcək? Dekabrın hava proqnozu açıqlandı

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda müşahidə olunan güclü külək hava şəraitinə və gündəlik həyata təsirsiz ötüşməyə bilər. Milli Hidrometeorologiya Xidməti küləyin sürətinin təhlükəli həddə çatacağı ilə bağlı sarı və narıncı xəbərdarlıqlar edib, bəzi ərazilərdə mümkün fəsadlara diqqət çəkib. Bəs güclü külək nə vaxta qədər davam edəcək, sürətin normallaşması nə vaxt gözlənilir? Qarşıdan gələn dekabr ayında Azərbaycanda hava şəraiti necə olacaq, qış mövsümü bu il sərt keçəcəkmi?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləklərin çərşənbə günü gecə saatlarına doğru səngiyəcəyi gözlənilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində Abşeron yarımadasında və bölgələrdə 20,8–28,4 m/san-dək güclənən cənub-qərb küləyi axşama doğru səngiyərək mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Sabah, noyabrın 25-də paytaxtda və yarımadada əsasən mülayim şimal-qərb küləyi əsəcək və havanın temperaturu gündüz 15–18 dərəcə isti olacaq, arabir yağıntılı hava şəraiti müşahidə ediləcək. Bu hadisə Xəzər hövzəsi üzərindən keçən siklonun və onunla əlaqəli cəbhə xəttinin yaratdığı kəskin atmosfer təzyiqi qradiyenti ilə bağlıdır. Axşam saat 20:00 radələrində cəbhə xəttinin keçməsi ilə küləyin istiqaməti dəyişərək cənub-qərbdən qərb və şimal-qərb istiqamətlərinə yönələcək".

Ekspert qeyd edib ki, dekabr üçün ümumi hava proqnozuna gəldikdə isə, rəsmi aylıq icmal adətən noyabrın son günlərində dərc olunur: 

"Lakin mövsümi iqlim göstəricilərinə və ilkin proqnozlara əsasən, dekabr ayında ölkə üzrə orta aylıq temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı ehtimal edilir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 7–9 dərəcə isti, gündüzlər 8–13 dərəcə, soyuq günlərdə 3–7 dərəcə isti, gecələr isə 2–6 dərəcə isti olacağı, ayın sonunda bəzi günlərdə 0 dərəcəyədək enəcəyi proqnozlaşdırılır".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Noyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri