Icma.az
close
up
RU
Yer kürəsinin relyefi dəyişə bilər... Dünyanı gözləyən təhlükə

Yer kürəsinin relyefi dəyişə bilər... Dünyanı gözləyən təhlükə

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

 COP29 çərçivəsində keçirilən tədbirlərdə iqlim dəyişikliyinin insan sağlamlığına təsirləri də müzakirə olunur. Qeyd olunub ki, iqlim dəyişikliyi hər kəsin, xüsusilə də uşaqların sağlamlığı üçün böyük riskdir. Niderlandın gənclər və idman naziri Vinsent Karremans COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda keçirilən birgə iclasda çıxışı zamanı deyib ki, sağlamlıq və iqlim dəyişikliyi arasında çox əhəmiyyətli əlaqə var. O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə apararkən və emissiyaları azaldarkən insan sağlamlığına da nəzər yetirmək lazımdır: “Misal olaraq, Avropanın ən böyük limanı olan Rotterdamda güclü yağış və ekstremal istiliklə mübarizə aparmaq üçün daha çox "yaşıl" infrastruktur üzərində işləyirik. Yaşıllıqların çox olmasının böyük faydası var. Çünki bu, təmiz hava yaradır, insanları idmanla məşğul olmağa, uşaqları oynamağa, qaçmağa sövq edir. Bu gün Niderlandın Səhiyyə Nazirliyi bu istiqamətdə layihələri maliyyələşdirir və dəstəkləyir, çünki bu, iqlim dəyişikliyi ilə mübarizədə çox aktual məsələdir", - deyə niderlandlı nazir vurğulayıb. 
Professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, iqlim problemləri davam edərsə, insanlıq və bəşəriyyət böyük təhlükə ilə üzləşə bilər: 

“Əslində bu prosesin adı iqlim dəyişikliyi yox, başqa cür qoyulmalıdır. Bu, Yer kürəsinin istilik tənzimlənməsinin pozulmasıdır. Bu, insan fəaliyyətinin nəticəsidir. Sənayeləşmə, avtomobillərdən istifadənin çoxalması və digər çoxsaylı səbəblərdən karbon qazı havaya buraxılır. Bu proseslər fonunda atmosferin çirklənməsi addımbaddım davam edir. İnsanlar özləri iqlim dəyişikliklərində birbaşa günahkardırlar, flora və faunanı məhv edirlər. Bu da onların özlərinə qarşı çevrilir. İqlim dəyişikliyinin qarşısını almaq üçün müzakirə olunan tədbirlər yetərli deyil. Biz yeni üsullar tapmalıyıq, alternativ enerji mənbələri tapmalıyıq. Bununla yanaşı insanların təbiətə qarşı vəhşi münasibətinə ciddi nəzarət olunmalıdır. Əks halda, Yer kürəsi böyük təhlükə qarşısında qalacaq. Əgər temperatur 2 dərəcədən çox artarsa, Yer kürəsinin relyefi dəyişə bilər”.
Törə Zeynallı
Demokrat.az
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Noyabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri