Icma.az
close
up
RU
19 yaşına 28 insanı ölümdən qurtaran igid: Rahib Məmmədovun xatirə gecəsi

19 yaşına 28 insanı ölümdən qurtaran igid: Rahib Məmmədovun xatirə gecəsi

Icma.az bildirir, Adelet.az portalına istinadən.

1987-ci ildə həm sovetlər birliyində, həm də dünyanın bir çox ölkələrində cəsurluğu, igidliyi ilə örnək olan, 19 yaşında 28 gürcünün azğın sellərin ağzından - ölümdən  xilas edərək əbədiyyətə qovuşan Rahib Məmmədovun  xatirə gecəsi keçirilib.

Adalet.az xəbər verir ki, 11 aprel Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Qırmızı ulduz"ordenli qəhrəman Rahib Məmmədova həsr edilmiş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhidin qardaşı,Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyinin direktoru Sahib Məmmədov, Abşeron Binə Peşə Liseyinin şagird və müəllim kollektivi,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələri, jurnalist Teymur Zahid oğlu, Ağdam rayon Mahrızlı kənd nümayəndəsi Adil Aslanov, Ağdama qayıdış ictimai birliyinin sədri Azər Qasımov, tibb xidməti polkovniki, Qarabağ Müharibəsi veteranı Adil Eyvazov, şair publisist Rəfael Tağızadə, Cəbrayıl Tarix Diyarşünaslıq Muzeyinin icraçı direktoru, şəhid Nurəddin Fətullayevin bacısı Aytən Fətullayeva, şəhid Elçin Hacıyevin anası Məlahət Hacıyeva, vokalist Cahangir Cahangirov adına xor kollektivinin solisti Emil Bağırzadə, Azərbaycan Milli Konservatoriyasının məzunu, Respublika müsabiqələr laureatı Səma Vüqarlı iştirak edib. ADMİU-nun 2-ci kurs tələbəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü ,4 kitab müəllifi Səma Muğanna və 4- cü kurs tələbəsi Kənan Hüseynov şeirlər səsləndirib.

ADMİU-nun tələbələrinin ifasında musiqi parçaları səsləndirilib. Bildirilib ki, ,Rahib Məmmədov xatirəsi daima əbədi yaşayacaqdır.

 Xatırladırıq ki, 1987-ci il fevralın 1-dən 2-nə keçən gecə 19 yaşlı azərbaycanlı əsgər -1976-cı ildə Azərbaycanın Ağdam rayonundakı
Mahrızlı kəndində anadan olmuş Rahib Gülmalı oğlu Məmmədov hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonundakı Çaladidi kəndində
böyük fədakarlıq və qəhrəmanlıq göstərərək təbii fəlakət zamanı 28 nəfər sakini seldən xilas edib və qəhrəmancasına həlak olub.

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Aprel 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri